Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


20.01.2021  11:45 

Qar ən çox bu ərazilərə yağıb - Faktiki hava





A+  A-

Ölkə ərazində müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a bildirilib ki, yanvarın 20-si saat 10:00-aolan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 43, İsmayıllıda 23, Daşkəsəndə 22, Kişçayda (Şəki) 20, Gədəbəydə 18, Xınalıq, Şərurda 17, Altıağacda 16, Göygöl, Qəbələ, Ağdərədə 15, Xaltanda 12, Sədərəkdə 10, Qrız, Naxçıvanda 8, Yardımlıda 7, Salyan, Şahbuzda 6, Biləsuvarda 4, Mərəzədə 3, Oğuz, Şəki, Şahdağ, Qusarda 2, Göytəpə, Qubada 1 sm olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Bakıda 9, Maştağada 6, Pirallahıda 3, Çilov adası, Sumqayıtda 2, Neft Daşlarında 1; Lənkəran-Astara zonasında: Lənkəranda 18, Biləsuvarda 14, Astarada 11, Lerikdə 7, Neftçala, Yardımlıda 6; Naxçıvan MR-da: Şərurda 16, Ağdərədə (Ordubad) 12, Şahbuzda 6, Naxçıvan, Ordubadda 4, Sədərəkdə 3; Kiçik Qafqaz zonasında: Daşkəsəndə 18, Gədəbəydə 14, Göygöldə 11; Böyük Qafqaz zonasında: Qəbələdə 15, Sarıbaşda (Qax) 9, Altıağacda 7, Kişçayda (Şəki) 6, Mərəzə, Xaltanda 5, Oğuzda 4, İsmayıllıda 3, Şəki, Quba, Şahdağ, Qrızda 2, Şabran, Nabran, Zaqatala, Şamaxı, Xaçmaz, Qusarda 1; Mərkəzi-Aran zonasında: Salyan, Göyçayda 12, Cəfərxan, Beyləqanda 8, İmişli, Qazıməmməddə 7, Sabirabad, Kürdəmirdə 6, Zərdab, Tərtərdə 3, Mingəçevir, Yevlaxda 1; Qazax-Gəncə zonasında: Naftalan, Gəncə, Ağdamda 2, Şəmkir, Ağstafada 1 mm olub.

Sumqayıt, Naxçıvan, Daşkəsən, Naftalan, Şəmkir, Qəbələ, Şamaxı, Mərəzə, Quba, Qusar, Qrız, Lerik, Göyçay, Sarıbaş (Qax), Kişçayda (Şəki) duman müşahidə olunub.

Qərb küləyi arabir Neftçalada 25 m/s, Naftalanda 24 m/s, Tərtərdə 23 m/s, Gəncədə 20 m/s, Yardımlı, Culfa, Salyanda 16 m/s olub.

Bakıda və Abşeron yarımadasında: Pirallahıda 16 m/s, Sumqayıt, Qum adası, Neft Daşlarında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Havanın temperaturu iqlim normasından 5.5 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, aran rayonlarında 0-3 dərəcə isti, dağlıq rayonlarda 7-12 dərəcə şaxta, Naxçıvan MR-da 2-9 dərəcə şaxta olub.

Xəbər 1270 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +