Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


27.06.2020  09:46 

Qarpızın insan orqanizminə FAYDALARI





A+  A-

Hər birimizin çox sevdiyi qarpız PP, C, D, B1, B2, B6 vitaminləri, dəmir, mis, sink, kaliy, fosfor kalsiy duzları və fol turşusu ilə çox zəngindir.
XəzərNews.az xəbər verir ki, tərkibində olan bütün vitamin və mikroelement bazası, qaraciyərdə mübadilə prosesini stimullaşdırır, ödün tərkibini yaxşılaşdırır, öd kisəsi və kanalda daşların əmələ gəlməsinin qarşısını alır. Məhz bu səbəbdən qarpız, xroniki hepatit və xolesistit zamanı istifadə olunur.

Tərkibində olan dəmir duzlarının miqdarına görə yalnız ispanaq və kahı yarpaqlarından geri qalır. Fol turşusunu miqdarına görə isə birinici yeri tutur. Fol turşusu isə - qan istehsalı üçün və orqanizmdə baş verən müxtəlif biokimyəvi reaksiyalar üçün çox lazımlıdır. Buna görə qan azlığı və dəmir defisitli anemiya zamanı qarpız tövsiyə olunur.

Bundan əlavə qarpız- güclü sidikqovucu vasitədir. Buna səbəb kaliy duzlarıdır ki, onlar qarpızın tərkibində banan və portağaldan daha çoxdur. Bu həmçinin böyrəkdən, sidik kisəsi və sidik axarından daşların çıxarılması və parçalanmasına və həmçinin sistitin müalicəsində kömək edir.

Qarpızın tumları da çox xeyirli sayılır. Belə ki, tərkibndə 20-25% yağ olur. Məhz onlardan qarpız yağı hazırlanır. Müalicəvi xüsusiyyətinə görə badam yağından geri qalmır, dadı görə isə zeytun yağına çox bənzəyir.

Bu meyvənin qabığı da xeyirli hesab olunur. Onun tərkbi vitamin və müxtəlif amin turşuları iə zəngindir.

Qarpızdan həmçinin pektin əldə olunur. Pektin isə orqanizmdən toksik maddələrin, duzların və ağır metalların çixarılmasında istifadə olunur. BUna görə də, qarpız, cərrahi əməliyyatlardan sonra xəstələrə məsləhət görülür. Xüsusilə narkoz altında keçirilən əməliyyatlarda.

Qarpızın tumları həmçinin qurdqovucu təsirə malikdirlər. Müxtəlif parazitlərin müalicəsi və profilaktikasında geniş istifadə olunur.

Yalnız meteorizmdən əziyyət çəkənlər və şəkər xəstələri üçün qarpız məsləhət görülmür.

Xəbər 1376 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +