Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu
Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib


24.02.2018  12:14 

Tovuzda yanaraq öldüyü deyilən ər-arvadı zorakılıqla qətlə yetiriblər





A+  A-


Tovuzda ər-arvadın ölümünə səbəb olan yanğının təfərrüatı məlum olub

XəzərNews.az xəbər verir ki, Tovuz rayonunda ər-arvadın ölümünə səbəb olan yanğınla bağlı rəsmi məlumat yayılıb.

FHN-in Tovuz rayon Yanğından Mühafizə Hissəsindən “Report”un Qərb bürosuna verilə məlumata görə, fevralın 24-də səhər saat 9 radələrində rayon mərkəzindəki Mərdan Musayev küçəsində yerləşən, Tovuz şəhər sakini, 1945-ci il təvəllüdlü Fərman Qoca oğlu Məmmədova məxsus ümumi sahəsi 320 kv/m olan 2 mərtəbəli 7 otaqdan ibarət evin birinci mərtəbəsindəki otaqlardan birində yanğın baş verib.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, carpayı və divandan başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Araşdırma zamanı ev sahibinin yanaraq, onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Pakizə Şəmşəd qızı Mirzəyvanın isə tüstüdən boğularaq öldüyü məlum olub.

Rəsmi məlumatda deyilir ki, yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Musavat.com-un Tovuz rayonunda olan əməkdaşı araşdırıb ki, ər - arvada qarşı əslində qətl hadisəsi baş verib. Qonşuların verdiyi məlumata görə, mərhumlar - Fərman Məmmədov və Pakizə Mirzəyeva naməlum şəxs, ya da şəxslər tərəfindən qətlə yetirilib, daha sinra hadisəyə yanğın görüntüsü verilib. Hadisədən sonra evi müşahidə etmək imkanı olan qonşular deyiblər ki, Fərman Məmmədov girişdə, divanın üstündə ölü tapılıb, onun arvadı Pakizə Mirzəyeva isə ondan 5-6 metr aralıda olan çarpayıda,ağzı və əlləri skoçlanmış halda, ölü vəziyyətdə tapılıblar. Qətli törədənlər yanğın törətməyə cəhd ediblər. Divanın bir qismi və Pakizə Mirzəyevanın ölü tapıldığı çarpayının bir qismi yanıb və yanğın dayanıb. Bunun da nəticəsində hadisənin qətl olduğu aşkarlanıb. Qətlin qarət, yoxsa qisas məqsədi ilə törədildiyi məlum deyil. Lakin, qonşuların deməsinə görə, mərhumlar imkanlı olublar.

Pakizə Mirzəyeva Bakı Neftayırma Zavodunun mərhum direktoru Ramiz Mirzəyevin bacısıdır.

Xəbər 1725 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +