Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


26.04.2017  21:34 

Azərbaycan şirkətləri ilə bağlı istintaq başladı - Kimlər Yaltaya gedib?





A+  A-

Ukraynanın Krım bölgəsinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak etdikləri iddia olunan və bununla bağlı barələrində istintaq hərəkətlərinin aparıldığı bildirilən Azərbaycanın bəzi dövlət və özəl təşkilatları bağlı yayılan məlumatlara münasibət bildirib.
XəzərNews.az “APA"ya istinadən xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib ki, rəhbərlik etdiyi qurumun təmsilçilərinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Azərbaycanın Baş Prokurorluğu Azərbaycan Banklar Assosiasiyasına sorğu göndərib. ABA-nı təmsil edən şəxslər Krım bölgəsinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak etməyib. Bununla bağlı Banklar Assosiasiyasından Azərbaycanın Baş Prokurorluğuna rəsmi cavab göndərilib”.

“Azərsun Holding”in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov da açıqlamasında təmsil etdiyi şirkətin nümayəndələrinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak etmədiyini vurğulayıb. “Bu məlumat doğru deyil. Bizim şirkət və nümayəndələrimizdən heç kim bu forumda iştirak etməyib. Bu forumda iştirak etmədiyimizə görə, Ukrayna prokurorluğu tərəfindən bizə heç bir formada cinayət işi açılmayıb”, - deyə A. Səfərov əlavə edib.

SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev də “APA-Economics”ə təmsil etdiyi qurumun III Beynəlxalq İqtisadi Forumunda iştirak etmədiyini bildirib.

İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev də “APA-Economics”ə Azərbaycanın Rusiyadakı Ticarət nümayəndəsinin 20-22 aprel 2017-ci il tarixlərində Yalta şəhərində keçirilən “III Beynəlxalq iqtisadi forum”da iştirak etmədiyini deyib.

Qeyd edək ki, bəzi KİV-də yayılan məlumatlara görə, Ukrayna Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında bu ölkənin Baş Prokurorluğu Rusiya tərəfindən ilhaq olunmuş Krım bölgəsinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak edənlərlə bağlı istintaq hərəkətlərinə başlayıb. İqtisadi forumun iştirakçıları Ukraynanın işğal altında olan ərazilərinə daxil olma qaydalarını pozmaqda təqsirli bilinirlər.

Forumun iştirakçıları arasında Azərbaycanın 17 iri dövlət və özəl şirkətlərinin nümayəndə heyətinin də olduğu bildirilir.

***

"Qafqazinfo" xəbər verir ki, daha iki şirkət bu barədə məlumat yayıb.

“Azərbaycan Beynəlxalq Bankı” və “Azərkosmos”un yaydığı məlumatda qeyd olunur ki, şirkətin nümayəndələrinin sözügedən forumda iştirak etmələri barədə yayılan məlumatlar əsassızdır.

Xəbər 849 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +