Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...


19.06.2020  11:09 

“Maskanın qiymətini 5 qəpik etmək lazımdır”





A+  A-

“Bizdə insanlarda virusa qarşı inamsızlıq var. Çünki insanları inandıracaq tibbi kadrlar, xüsusilə də virusoloqlarımız yoxdur”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə deyib. O qeyd edib ki, təcili İsraildən mütəxəssislər dəvət edilməlidir: “Onlar xalqın qarşısına çıxıb bununla bağlı izahatlar verməlidirlər. Karantin rejimini polisin üzərinə qoymamalıyıq. Dünyada bu yükü səhiyyə sistemi idarə edir.

Bundan əlavə, tibbi maskanın qiymətini 5 qəpik etmək lazımdır. Qoy xüsusilə də avtobus sürücülərinin maska taxmamaqla bağlı bəhanələri olmasın. Lazım olsa Milli Məclisin iclaslarını da təxirə salıb onlayn şəkildə keçirməliyik”.

Deputat əlavə edib ki, ölkədə pandemiya ilə bağlı vəziyyət kritikdir: “Əgər biz iki həftə ərzində qaydalara əməl etməsək, bunun hansısa ciddi fəsadları üzə çıxa bilər”.

Xəbər 1860 dəfə oxunub.




14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +