Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...


15.01.2019  12:08 

“Kral” şadlıq evi elektrik enerjisini talan edirmiş - FAKT





A+  A-

“Azərişıq” ASC-nin əməkdaşları Nərimanov rayonu ərazisində yerləşən “Kral” şadlıq evində “Elektrik Enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçiriblər.
“Azərişıq”dan XəzərNews.az-a verilən məlumata görə, baxış zamanı məlum olub ki, şadlıq evini qidalandıran 6 kV-luq kabel xətti binanın zirzəmisinə daxil olur və sayğacdan əvvəl xüsusi quraşdırılmış sxem vasitəsilə sayğacdan kənar 3 ədəd 160 kVa gücündə transformator qoşularaq elektrik enerjisi talan edilib.

Hazırda “Kral” şadlıq evinin elektrik enerjisi təchizatı tam dayandırılıb.

“Azərişıq” ASC bir daha xəbərdarlıq edir ki, istehlakçıların şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

“Azərişıq” ASC əməkdaşları mütəmadi olaraq “Elektrik Enerjisindən istifadə Qaydaları”na uyğun yoxlamalarını davam etdirirlər

Xəbər 1424 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +