06.02.2017 13:37
Azərbaycan neft və qazdan daha az asılı olmaq niyyətindədir.
XəzərNews.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Almaniya KİV-inə müsahibəsində bildirib.
O qeyd edib ki, dünya bazarında neftin qiymətinin düşməsi ölkəyə təsirini göstərib: “Buna baxmayaraq Azərbaycan hökuməti alternativlərə baxır və iqtisadiyyatı daha da şaxələndirməyə çalışır. Bu, həm də SOCAR üçün bir fürsətdir. Biz bir neçə istehsal sahəsini genişləndirəcəyik və qapalı dairələr yaratmağa (məsələn, gübrə istehsalı, yaxud da neft və qaz emalı üzrə) çalışacağıq.
E.Nəsirov neft və qaz plaftomalarında təhlükəsizliyin gücləndirilməsi tədbirlərinin görüldüyünü qeyd edib. “Təəssüf ki, bizim istifadəyə yararsız olan bir çox avadanlıq və strukturları əvəzləmək üçün lazımi maliyyə və texniki imkanlarımız olmayıb”, - deyə E.Nəsirov bəziləri sovet dövründən qalmış istehsal qurğularını nəzərdə tutaraq bildirib: “Lakin hazırda biz dənizdə yerləşən qurğuların əsas hissəsini yeniləyirik, işçilərə təhlükəsizlik və xilasetmə üzrə təlimlər keçirik”.
SOCAR-ın vitse-prezidenti deyib ki, 2015-ci ilin dekabrında və 2016-cı ilin dekabrındakı qəzaların səbəbini əsasən köhnəlmiş infrastrukturda axtarmaq lazımdır: “Sovet dövründə heç kim ətraf mühitin qorunması və təhlükəsizlik məsələləri ilə maraqlanmırdı. Sürəti rekord həddə çatan külək və nəhəng dalğalar da bura əlavə olunmalıdır. Amma, təbii ki, bu heç də baş verənlərə bəraət qazandırmır. Bu bizim hamımız üçün faciə idi”. O qeyd edib ki, gələcəkdə bu cür qəzaların qarşısını almaq üçün SOCAR xarici şirkətlərlə əməkdaşlıq edir.
E.Nəsirov xatırladıb ki, SOCAR İsveçrə, Rumıniya və Ukrayna kimi Avropa ölkələrində təmsil olunur. Onun sözlərinə görə,hazırda enerji daşıyıcılarının qiymətlərinin aşağı olmasını nəzərə alaraq, şirkət təbii ki, genişlənməkdə maraqlıdır: “Lakin hazırda bizə Almaniyada şəbəkə təklif edilsə belə, biz tələsik hərəkət etməyi düşünmürük”.
O vurğulayıb ki, SOCAR hazırda Xəzər dənizindən Türkiyəyə və Qərbi Avropaya çəkilən bir neçə qaz kəməri ilə məşğuldur: “Kəmərlərin çəkilməsinə və dəniz qurğularının tikintisinə çəkilən 35 mlrd. dollar xərci nəzərə alsaq, biz təchizat və tranzit xərclərinin hər il müzakirəyə çıxarılmasına yol verə bilmərik”, - deyə E.Nəsirov vurğulayıb.
Şirkətin vitse prezidenti həmçinin qeyd edib ki, SOCAR özünü Rusiyanın "Qazprom" şirkətinin rəqibi olaraq görmür: "Heç bir rəqib Avropa bazarından çıxarılmayıb. Biz sadəcə Avropa və Türkiyədə hazırki və gələcəkdə yarana biləcək enerji təchizatı boşluğunu doldururuq”.
|
03.06.2024 13:46
Bəşər Əsəd İranı kürəyindən vurdu - Çin də ərəblərin yanında
03.06.2024 12:58
03.06.2024 11:45
03.06.2024 11:27
03.06.2024 11:13
03.06.2024 11:00
02.06.2024 15:20
02.06.2024 14:51
01.06.2024 21:02
01.06.2024 19:23
31.05.2024 18:48
Almaniyada siyasətçiyə canlı yayımda bıçaqlı hücum: Yaralılar var
31.05.2024 18:32
31.05.2024 17:08
31.05.2024 15:19
30.05.2024 18:23
29.05.2024 23:49
29.05.2024 17:41
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
29.05.2024 16:41
29.05.2024 13:32
“Onlar aparıcı deyil, “opparıcı”dır” - Yusif Ağayevdən sərt sözlər
29.05.2024 11:55
Erməni diasporunun Fransa hakimiyyətinə təzyiqi böyükdür -VİDEO
28.05.2024 16:12
28.05.2024 16:06
27.05.2024 16:14
27.05.2024 16:01
27.05.2024 15:41
“Yaxşı kişi arvadını paylaşmaz” deyənləri tapıb... - Məşhur tiktoker
27.05.2024 15:30
“Gənc fikirləşir ki, 3-4 ay sonra boşanacağamsa, niyə evlənim?”
27.05.2024 10:23
Qərbi Azərbaycan İcmasının Qax rayonu üzrə nümayəndəsi seçilib
26.05.2024 17:17
24.05.2024 19:26
24.05.2024 15:30
24.05.2024 13:29
Təkcə Bakı yox, regionlar üçün də keçərlidir - Bu şəxslərə MÜJDƏ