İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


31.10.2020  16:11 

Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət





A+  A-

Gürcüstanda son 24 saat ərzində daha 1 673 nəfərdə COVID-19 aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 38 min 936-ya çatıb.
XəzərNews.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkədə sutka ərzində daha 22 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 307-yə çatıb. Ümumilikdə sağalanların sayı isə 22 min 691 nəfərdir.

Qeyd edək ki, ölkədəki epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.

Rusiyada isə son bir gündə 18 min 140 yeni yoluxma faktı qeydə alınıb.

Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 334 pasiyent ölüb, 14 min 854 nəfər isə sağalaraq xəstəxanadan çıxıb. Ölkə üzrə ümumilikdə 1 milyon 618 min 116 nəfər insan koronavirusa yoluxub.

İranda son sutka ərzində COVİD-19-dan ölənlərin sayı daha 386 nəfər artaraq 34 min 864-ə çatıb.

Ölkədə sutka ərzində daha 7 min 820 nəfərdə isə yeni yoluxma faktı aşkarlanıb. Bununla İranda ümumi yoluxanların sayı 612 min 772 nəfərə yüksəlib. Virusa yoluxan xəstələrdən 5 185-nin vəziyyəti ağırdır. İndiyədək 481 min 930 nəfər virusa qalib gəlib.

Xəbər 1584 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +