İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.04.2019  14:09 

Formula 1-də sərbəst yürüş başladı





A+  A-

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisinin birinci sərbəst yürüşü başlayıb.
XəzərNews.az-ın məlumatına görə, yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda iştirak edir.

“Mercedes” komandasının heyətində Luis Hemilton və Valtteri Bottas, “Ferrari”də Sebastyan Fettel, Çarles Lekler, “Williams”da isə Corc Russell və Ronert Kubitsa yarışırlar.

“Red Bull Racing” komandasında Ryer Qasli, Maks Ferstappen, “Raching Point”də Serxio Peres və Lens Stroll, “Renault”da isə Niko Hulkenberq ilə Daniel Rikkardo mübarizə aparırlar.

Bundan başqa, “Toro Rosso”nun heyətində Aleksandr Albon və Daniil Kvyat, “Alfa Romeo”da Antonio Covinatsi, Kimi Raykonnen, “McLaren”də Lando Norris və Karlos Sayns yürüşdə iştirak edirlər.

Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarını təmsil edirlər.

Yürüş iştirakçıları 1,5 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar. İkinci sərbəst yürüşə isə saat 17:00-da start veriləcək.

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.

Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.



Xəbər 810 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +