İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.08.2018  15:27 

Təcavüzdə ittiham olunan Türkiyə vətəndaşı ekstradisiya edildi





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə qadına təcavüz etməkdə ittiham edilən, qanunsuz yolla Azərbaycana gəlib burada yaşayan Türkiyə vətəndaşı Sabri Sökmenin məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə Azərbaycanda saxlanılan S.Sökmenin Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Məhkəmədə məlum olub ki, S.Sökmenin 2011-ci ildə Türkiyədə bir qadına təcavüz edərək Azərbaycan qaçıb. Burada isə Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Türkiyə məhkəməsi isə onu 12 il müddətinə azadlıqdan məhrum edib və beynəlxalq axtarışa verib.

Bugünkü məhkəmə iclasında son söz deyən S.Sökmen ağlayaraq ölkəsinə getmək istəmədiyini bildirib. Məhkəmə kollegiyasının hökmü ilə S.Sökmenin barəsində həbs-qətimkan tədbiri seçilməsi və ölkəsinə ekstradisiya edilməsi qərarı verilib.

Xəbər 992 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +