Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


11.07.2017  11:48 

“Seyidlik” vəsiqəsi verən Hacının polis oğlu sakinlərə “qan uddurur“





A+  A-

Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi, “seyidlik” vəsiqəsi verən, bu səbəbdən də geniş ictimaiyyət tərəfindən qınanan Hacı Mirqiyas Təhməzovun Masallı rayon Yol Patrul Xidmətinin əməkdaşı olan oğlu Mirxas Təhməzov barədə Respublikanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlanıb.
XəzərNews.az xəbər verir ki, Masalı rayonu, Boradigah qəsəbə sakini Fərid Nağıyev tərəfindən ünvanlanan müraciətdə şikayətçi 5 mart 2017-ci il tarixdə, saat 11-30 radələrində Masallı – Yardımlı yolunda (Ərkivan qəs. ərazisində) baş verən qəzadan sonra başına gətirilən haqsızlıqlardan bəhs edir.
F.Nağıyev bildirir ki, YPX əməkdaşı Mirxas Təhməzov adlı polis zabitinin qeyri-qanuni təkliflərindən imtina etdiyi üçün, özü və ailəsi Polis İdarəsində təhqirlərə məruz qalıb. Təhqir və təzyiqlərə dözməyən F.Nağıyev olanlarla bağlı DİN-in “102” xidmətinə, həmçinin rayon prokurorluğuna məlumat etsə də işə obyektiv baxılmadığını, əksinə rayon məhkəməsinin qərarı ilə qardaşı Xəyal Nağıyevin 10 gün həbsdə yatdığını iddia edir.
F.Nağıyev təzyiq və təhdidlər qarşısında - qardaşının daha ağır maddələrlə uzunmüddətli həbs ediləcəyi hədəsindən ehtiyatlanaraq sonda polisin istədiyi kimi hərəkət edir. Hadisədən 5-6 gün sonra izahat yazır ki, günahkar özüdür və qəzanı da onun özü törədib.
Sonra Baş prokurora, daxili işlər və ədliyyə nazirinə ailəlikcə müraciət ünvanlayırlar. İstəkləri də bu olur ki, haqq və hüquqlarını ayaqlar altına atıb tapdayan, həyatlarını cəhənnəmə döndərən bu kimi üzdəniraq polis əməkdaşlarının özbaşına hərəkət və hegemonluğunun qarşısı alınsın, məhkəmə zalında hadisə şahidlərini dindirmədən, ərazidəki müşahidə kameralarına (həm hadisənin baş verdiyi yerdə, həm də Polis şöbəsinin inzibati binasında) baxış keçirmədən, ortada heç bir maddi sübut olmadan qərar çıxaran hakimlər haqda lazımi tədbirlər görülsün.
Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edən Nağıyevlər ailəsi qanunların hər şeydən uca tutulacağına inanırlar.

Xəbər 4303 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +