İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.04.2017  13:48 

ANS-in əmlakının aqibəti necə olacaq? - “Kişidir, qoy eləsin”





A+  A-

Xəbər verdiyimiz kimi, Zoologiya İnstitutunun direktoru Elman Yusifov ANS teleşirkətinə əmlakını institutun binasından çıxarması üçün 10 gün vaxt qoyub. Direktor bildirib ki, əks təqdirdə bələdiyyənin, sahə müvəkkilinin iştirakı ilə qapıları açıb əşyaları bayıra atacaq.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əməkdaşı məsələ ilə bağlı ANS şirkətlər Qrupu prezidentinin media müşaviri Mayis Məmmədovla əlaqə saxlayıb. Əmlakın olduğu otaqların prokurorluq tərəfindən bağlandığını deyən müşavir hazırda heç kəsin ora daxil ola bilmədiyini vurğulayıb. Məmmədov qeyd edib ki, institut rəhbərliyi istəsə belə, hazırda əşyaları otaqlardan götürə bilməyəcək:

“Bizim əşyalarımız olan otaqları prokurorluq bağlayıb. Hazırda oraya girməyə heç bizim də ixtiyarımız yoxdur. Hansı əsasla belə bir açıqlama verib başa düşmürük. Necə götürüb atacaq? Kişidir, qoy eləsin, qoy atsın. İndi onunla dava edəsiyik? Biz bağlamamışıq ki, prokrorluq bağlayıb. Orada bizim arxivimiz var. O elə arxivdir ki, heç kimdə yoxdur. Heydər Əliyev, Qarabağla bağlı bütün arxiv oradadır. O vaxt ANS yeganə müstəqil kanal olub. Digər özəl kanallar sonradan açılmağa başladı. Qarşıdan Heydər Əliyevin ad günü gəlir. Mən xahiş etdim ki, arxivdən bəzi şeyləri götürməyə icazə versinlər. Razı olmadılar. İndi inistutun direktoru böyük adamdır, o qapını açdıra bilirsə, açdırsın”.

Xəbər 1806 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +