İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.11.2021  07:02 

5 medallı qəhrəman: gününü 10-15 manata ofisiant işləyir





A+  A-

Şəkildə gördüyünüz igidin adı Fərruxdur. O, 44 günlük Vətən müharibəsində iştirak edərək əsl qəhrəmanlıq nümayiş etdirib.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Anar Rustamov adlı feysubk istifadəçisi paylaşıb.

Anar Rustamov daha sonra yazır:

Torpaqlarımızın düşmən tapdağından azad olunmasında Fərruxun da böyük rolu olub və göstərdiyi şücaətə görə Ali Baş Komandan tərəfindən 5 medalla (yaxınlarının dediyinə görə-red) təltif olunub. Füzuli, Qubadlı, Laçın və digər istiqamətlərdə döyüş yolu keçən bu gənc Bakıda kafelərdən birində günü 10-15 manata ofisiant işləyir.

Qarabağ savaşında bizə qələbə sevinci yaşadan Fərrux digərlərindən fərqli olaraq, kimdənsə nə ev istəyib, nə maşın, nə də pul...

O, “Vətən üçün döyüşmək mənim borcumdur” deyərək, özünü kənara çəkib və heç vaxt qazi olduğunu reklam etməyib, mediaya çıxmayıb, bu haqda sosial şəbəkələrdə yazmayıb. Bəlkə də iş üçün kimlərəsə müraciət etsəydi, hazırda ofisiant işləməzdi, daha yaxşı, layiq olduğu yerdə çalışardı. Amma o, qazi adından istifadə etməyi özünə sığışdırmır, kişi kimi, alın təri ilə çörəkpulu qazanmağı hər şeydən üstün tutur.



Bəli, əsl qəhrəman belə olmalıdır...

Onu da bildirim ki, qazi Fərrux barədə təqdim etdiyim məlumatları yaxınlarından əldə etmişəm, qismət olsa, özü ilə şəxsən görüşüb, daha ətraflı söhbət edəcəyəm (müsahibə üçün yox, məhz tanışlıq məqsədilə).

PS. Mediadakı dostlarımız bu gəncin döyüş yoluna işıq salsalar, xalqımız daha bir qəhrəmanını tanıyar!

Xəbər 2320 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +