İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.11.2021  13:45 

Kasıb şəhid verir, icra başçısının oğlu isə...





A+  A-

“Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatlarında Göyçədən olan şəhid, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, kiçik çavuş Əliyev Natiq Yusif oğlu mənim qohumumdur. Atamın xalası nəvəsidir. Xəstəliyimlə bağlı dəfn, yas mərasimində iştirak edə bilmədim”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri modern.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

H.Hacıyev son günlər ölkə gündəmində baş verənlərə də münasibət bildirib:

“Allah bunlara lənət eləsin! Biz şəhid veririk, Qazaxın icra başçısının oğlu 500 minlik maşınını nümayiş etdirir. Bu Azərbaycan xalqına acıq vermək deməkdir. O biri vicdanını itirmiş icra başçısı şəhid ailəsinin evinə 5 kilo marqarin, 20 kilo un göndərir. Görün şəhid ailələlərini nə qədər incidirlər. Şəhid verdiyimiz halda Qazaxın icra başçısının oğlu maşınına bahalı nömrə, Gəncənin icra başçısı isə qızına Fransada milyardlıq ev alır. Bu cür insanlar düşünürəm ki, ölkənin imici ilə oynayır, nüfuzuna zərbə vururlar.



Artıq yetər, bu qədər də olmaz. Bir tərəfdən kasıb balaları şəhid olur, bunların da balaları 500 minlik maşınla şəhid ailələrinə acıq verirlər. Görürük ki, o uşaqlar haradan götürülür, dəfn edilir. Evləri, yaşayış yerləri yoxdur. Bunların hamısı tənzimlənməlidir. Bu cür davam edə bilməz. İnsanların içində çox böyük kin-küdurət var”.

H.Hacıyev torpaqlarımızı işğalçılardan azad etdikdən sonra yenidən bizi istəməyən qüvvələrin fəaliyyətə keçdiyini, Azərbaycanda qarşıqlıq salmaq istədiklərini bildirib:

“Qələbəmizə kölgə salmaq istəyirlər. Düşünürəm ki, artıq biz dostumuzu, düşmənimizi tanıyırıq. Düşünürəm ki, Azərbaycana sırınan sülhməramlılar nə qədər ki Qarabağdadır, bunlar həmişə təxribat törətməklə məşğul olacaqlar. Ona görə də təcili Azərbaycan Ermənistanla ikitərəfli danışıqlara başlamalı, ermənilərin nə istədiyi aydınlaşmalıdır. Qəti olaraq bu məsələyə son qoyulmalıdır.

Yoxsa ki, Rusiyanın Azərbaycanda möhkəmlənməsi üçün bu təxribatları çoxaldacaqlar. Çalışacaq ki, sərhəddə həmişə bu cür təxribatlar törətsinlər. Ona görə də bunların həyasızlığına son verilməlidir. Qəti şəkildə mövqe ortaya qoyulmalıdır”.



Partiya sədri bildirib ki, Rusiya nə qədər ki, öz istəyinə nail olmayıb hər gün müharibə gözlənilir:

“Rusiya həm Ermənistana, həm də Azərbaycana təzyiq göstərməkdən ötrü onları bizim üstümüzə öyrədib qaldırır. Biz də məcburuq ki, onlara cavab verək, onda da istər-istəməz şəhidlərimiz olur. Ərazi bütövlüyümüzü müdafiə etmək üçün biz həmişə hazır olmalıyıq. Nə qədər ki, Rusiyanın işğalçı ordusu Azərbaycandan, Qarabağdan çıxarılmayıb, vəziyyət belə də olacaq. Xəstə halımla əlimə silah alıb mən də vətənimi, torpağımı qorumağa hazıram. Düşünürəm ki, bu məsələlərin hamısında Rusiyanın əli var. Rusiya çalışır ki, Azərbaycanı əsarəti altında saxlasın, özünə tabe eləsin. Bu da mümkün olan məsələ deyil. Ali Baş Komandanımızın möhkəm iradəsi var. Xalq da, siyasi partiyalar da 44 günlük müharibədə olduğu kimi, bu gün yenə də onunla bir yerdədir”.


Xəbər 3595 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +