İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.07.2021  13:11 

Türkiyədə meşə yanğınları ilə bağlı son vəziyyət necədir?





A+  A-

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli ölkədəki meşə yanğınları ilə bağlı ən son məlumatları açıqlayıb.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, B. Pakdemirli ölkədə yanğınların davam etdiyini bildirib.

Onun sözlərinə görə, ümumilikdə ölkə üzrə 63 yanğından 57-sini nəzarət altına almaq mümkün olub.

Nazir, həmçinin xatırladıb ki, yanğını söndürmək üçün başladılan əməliyyatlarda 3 təyyarə, 9 dron, insansız vertolyot, 38 vertolyot, 680 yanğınsöndürən maşın, 55 texnika və 4 min nəfər iştirak edir.

Marmarisdəki yanğın barədə danışan nazir bildirib ki, alovlar yaşayış məskənlərinə təhlükə doğurmur və dənizə doğru irəliləyir.

Ətraf mühit və şəhərsalma naziri Murat Kurum qeyd edib ki, Antalyada ümumilikdə 2 300 tikilinin yanğın nəticəsində xələl gördüyü güman edilir.

Xəbər 2339 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +