İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.06.2021  17:04 

Putin illik konfransında Qarabağdan da danışdı





A+  A-

“Regionda normal münasibətlərin bərpası üçün hər şeyi edəcəyik”.
XəzərNews.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə illik mətbuat konfransında çıxış edərkən bildirib.

“Bəli, Rusiya bu ciddi böhranın nizamlanmasında müəyyən rol oynadı. Nə Azərbaycan, nə Ermənistan - heç kim bu münaqişənin böyüməsində maraqlı deyildi. İşin o biri tərəfi odur ki, əgər biz sülh və dostluq içində yaşayacağıqsa, nəinki təhlükəsizlik sahəsində, həmçinin sosial-iqtisadi inkişaf sahələrində insanların həyatlarının yaxşılaşdırılması üçün şərait yaratmalıyıq. Bəli, həqiqətən çoxlu problemlər yığılıb. Normal infrastrukturun bərpası, sərhədlərin ayrılması ilə bağlı məsələlər var.

Azərbaycan-Ermənistan dövlət sərhədində, xüsusilə harada ki, əvvəllər heç dövlət sərhədi olmayıb, ittifaq ölkələri arasında inzibati sərhədlər olub, müvafiq işlərin aparılması ilə bağlı məsələlər var. Biz hazırda bu iş prosesində iştirak edirik, xüsusi üçtərəfli işçi qrupu yaratmışıq və regionda normal münasibətlərin bərpası üçün hər şeyi edəcəyik”, - deyə Putin qeyd edib.

Xəbər 1755 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +