İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.06.2021  13:11 

Müəllimlərin müsabiqəsinin nəticələri açıqlandı





A+  A-

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi başa çatıb.
XəzərNews.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqədə uğur qazanan 1841 nəfərdən 1456 namizəd müvafiq sənədləri şəxsi səhifələrinə yükləyərək ərizələrini təsdiq edib. Elektron ərizələr emal edildikdən sonra 1448 namizədin sənədləri qəbul edilib və onlar uğur qazanaraq iş yerini dəyişmək hüququ əldə edib. Eyni zamanda müsabiqə nəticələri barədə məlumat və işə qəbul olunduğuna dair çıxarış namizədlərin şəxsi səhifələrinə göndərilib.

Növbəti mərhələdə namizədlər 18 iyun saat 18:00-dək şəxsi səhifələrində qeyd olunan sənədləri və çıxarışı müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməli, daha sonra şəxsi səhifələrini yoxlayaraq çıxarışın təsdiq olunduğundan əmin olmalıdırlar.

Xəbər 1219 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +