İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.04.2021  18:11 

Lavrov ABŞ-ı “küçə xuliqanı”na bənzətdi





A+  A-

“ABŞ “küçə xuliqanı” kimi davranır və Rusiya qarşıdurma istəməsə də, özü üçün cavab verə bilər”.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Birinci Kanalda yayımlanan “Böyük Oyun” proqramının efirində bildirib.

“Bilirsiniz, indi nələrin baş verdiyini həyati obrazlarla təsvir etmək dəbdədir. Hamımız uşaqlıqda həyətdə oynayırdıq. Müxtəlif yaşda, fərqli məktəblərdən tərbiyə görmüş uşaqlar bir yerdə yaşayırdılar. Həm də həyətdə həmişə iki-üç əsas xuliqan olurdu: hamını sıraya düzürdülər, cəzalandırırdılar, ayaqqabılarını təmizləməyə məcbur edirdilər, pullarını götürürdülər - hansı ki, anaları səhər yeməyi və ya şirniyyat almaq üçün vermişdi. Ancaq iki, üç, dörd il keçəndən sonra bu balaca uşaqlar böyüdülər və cavabını verə bildilər. Bizim heç böyüməyə ehtiyacımız yoxdur. Heç bir qarşıdurma axtarmırıq”,- deyə Lavrov vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ “Şimal Axını 2” layihəsinə qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyini açıqlamışdı. Mart ayının ortalarında isə Vaşinqton müxalif bloqqer Aleksey Navalnı ilə bağlı baş verənlərə görə Rusiyaya ixrac məhdudiyyətlərini genişləndirib.



Xəbər 1496 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +