Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


24.12.2020  13:50 

Rusiyada rekord ölüm və yoluxma - Qonşu ölkələrdə vəziyyət





A+  A-

Rusiyada son bir gündə 29 min 935 yeni yoluxma faktı qeydə alınıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə qeydə alınan ən yüksək göstəricidir.
XəzərNews.az “worldometers”ə istinadən xəbər verir ki, ölkədə koronavirusda günlük ölüm sayında da rekord qeydə alınıb. Belə ki, son 24 saat ərzində 631 pasiyent həyatını itirib, bununla da vəfat edənlərin sayı 53 min 96 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 2 milyon 370 min 857 nəfər sağalıb.

Ölkə üzrə ümumilikdə 2 milyon 963 min 688 nəfər insan koronavirusa yoluxub.

Gürcüstanda son 24 saat ərzində daha 1 972 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 216 min 843-ə çatıb.

Ölkədə sutka ərzində daha 43 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 2276-ya çatıb. Ümumilikdə sağalanların sayı isə 194 min 705 nəfərdir.

Ermənistanda son sutka ərzində daha 702 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 156 min 142 nəfərə çatıb. Daha 23 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 714-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 136 min 766 nəfərdir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

Xəbər 1431 dəfə oxunub.




23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +