İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


31.01.2019  17:14 

KİVDF qaydaları dəyişdi - YENİ ŞƏRTLƏR





A+  A-

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.
XəzərNews.az xəbər verir ki, müsabiqədə son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 3000-dən az olmayan, hər buraxılışından ən azı 1500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilər.

Bundan əlavə, Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar, Mətbuat Şurasının tərtib etdiyi"qara siyahı"ya düşən qəzetlər, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi"qara siyahı"dan çıxarılan qəzetlər, 1 il müddətində Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər, 6 ay müddətində barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar,əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər, təsisçisi dini qurumlar və dini icmalar olanlar, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar, xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar, təsisçiləri dövlət orqanları olanlar müsabiqədə iştirak edə bilməz.

Hər layihə üçün maksimum məbləğ 60000 (altmış min) manat müəyyən edilib.

Hər KİV bir layihə təqdim edə bilər.

Sənədlər 2019-cu il fevralın 1-dən martın 28-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur.

Xəbər 1330 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +