İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.11.2017  17:56 

Elmar Məmmədyarov Kosta-Rikalı nazirlə görüşüb





A+  A-

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə görüşüb.
XİN-in mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, nazirlər 2017-ci ilin Kosta Rika və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə əlamətdar olduğunu qeyd edərək, ötən 20 il ərzində iki ölkə arasında mövcud siyasi dialoq və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluq ifadə ediblər.
E.Məmmədyarov Kosta Rikanın Azərbaycanda səfirlik təsis etmə qərarının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Nazirlər hər iki ölkədə diplomatik missiyaların mübadiləsinin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yeni bir təkan verəcəyinə əminlik ifadə ediblər.
Azərbaycanın XİN başçısı iyun ayında Kosta Rikaya rəsmi səfərini xoş təəssüratlarla xatırlayaraq keçirilən məhsuldar görüşlərin, səfər çərçivəsində baş tutmuş siyasi məsləhətləşmələri iki ölkə arasında münasibətlərin müxtəlif sahələrində irəlilədilməsinə töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.
Nazirlər həmçinin ikitərəfli münasibətlərin irəlilədilməsi baxımından parlament diplomatiyasının xüsusi rol oynadığını bildirərək, parlament nümayəndə heyətlərinin mübadiləsinə dair ortaq təşəbbüslə çıxış ediblər.
Manuel Qonzales Sanz Azərbaycanda olmağından və iki ölkə arasında siyasi dialoqun və dostluğun inkişafının məmnunluq duyduğunu nəzərə çatdırıb.
Nazirlər Azərbaycan və Kosta Rikanın bir-birlərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Onlar həmçinin gücdən istifadə ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıblar.
Tərəflər iqtisadi-ticarət, turizm, enerji, logistika, limanlar və gəmiçilik, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd ediblər və bu xüsusda işgüzar dairələr arasında birbaşa təmasların təşviq edilməsinin vacibliyini vurğulayıblar.
Nazirlər həmçinin qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında geniş müzakirələr aparıblar.

Xəbər 1226 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +