İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.11.2017  13:32 

1 milyon 330 min nəfərin pensiyası yenidən hesablanacaq





A+  A-

"Artıq pensiyaların maliyyələşdirilməsində dəqiq bölgü prinsipi var. Pensiyaların 1992-ci ilədək olan stajlar üzrə formalaşma öhdəlikləri, o cümlədın dövlət qulluqçuları, hərbi qulluqçular və bu kateqoriyadan olan şəxslərin pensiyalarına verilən əlavələr dövlət büdcəsinin öhdəlikləri hesab edilib”.
XəzərNews.az-ın məlumatına görə, bunu 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin parlamentdə müzakirəsi zamanı əmək və əhalinin sosail müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, Azərbaycanda 1992-ci ilədək stajlar üçün pensiyaların hesablanması ilə bağlı xüsusi hökumət komissiyası yaradılacaq.

“Hazırda biz Maliyyə Nazirliyi ilə birlikdə 1 mln. 330 min nəfərin pensiyaçının hər birinin pensiya işi araşdırılır. Yaxın zamanlarda Nazirlər Kabinetinin xüsusi qərarı ilə hökumət komissiyası yaradılaaq. Nəzərdə tuturuq ki, 6 ay ərzində 1 mln. 330 min pensiyaçının hər birinin işinə baxılacaq və hər bir pensiya işində 1992-ci ilədək nə qədər staj varsa o tapılacaq və bu stajlar üzrə ödənişlər hesablanacaq. Bildirək ki, 1992-ci ildən də əvvəldən başlayaraq 2016-cı ilədək hər bi il staj üçün 4,16 manat verilir. 1992-ci ilədək dövrdə sosial sığorta sistemi olmayıb, lakin hökumət həmin dövr üçün pensiya verməyi bir öhdəlik kimi üzərinə götürdüyü üçün bu dövlət büdcəsinin öhədliyi sayılır. Komissiya işini bitirdikdə tam məbləğ ortaya çıxacaq. DSMF olaraq hesablamışıq. Lakin bu borc dövlət büdcəsinin borcu olduğu üşün belə qərar gəldik ki, xüsusi komissiya yaradılsın. Düşünürü ki, 6 ay ərzində bu prosesi yerinə yetirmək olar. Bundan sonra hər ilin büdcəsində dəqiq yazılacaq ki, dövlət büdcəsinin öhdəlikıəri nə qədərdərdir və nəyin hesabına formalaşır”.

Xəbər 1613 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +