Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


21.08.2019  10:54 

Elmdə inqilab - Bu layihə insanları robota çevirəcək





A+  A-

İflic şəxsə kompüter və smartfonu şüur gücü ilə idarə edilməsinə yardımçı olmaq heç şübhəsiz xeyirli işdir. Bu sahə üzrə mütəxəssis Elon Maskın Neuralink startapı bu cür imkanın təqdim edilməsi istiqamətində çalışır.
Gələcəkdə hər şey heç də yaxşı olmaya bilər. Əsasən də beyin toxumaları tamamilə elektronika ilə əvəz edilsələr.
Neuralink şirkətinin əsas məqsədlərindən biri də iflic insanlar üçün mikroçiplərin hazırlanmasıdır. Həmin mikroçiplər insan beyninə yerləşdirmək üçün nəzərdə tutulub. Bunun sayəsində isə insanlar kompüterləri və smartfonları şüur gücü lə idarə edə biləcəklər.
Gələcək perspektivdə isə bu texnologiya vasitəsilə fiziki məhdudiyyətli insanlar daha müstəqil ola biləcəklər. Lakin skeptiklər bu məsələdə o qədər də optimistik deyillər və onlar insan beyninə süni zəka çipinin yerləşdirilməsində müsbət cəhətlərdən daha çox mənfi cəhətləri görürlər. Bu barədə The Next Web saytı xəbər verib. Alimlərin planlarına əsasən kiçik prosessorlar insan beyni ilə qalınlığı 4-6 mikrometr olan xüsusi tellər vasitəsilə birləşəcəklər. Bu isə öz növbəsində beyin neyronları vasitəsilə analiz olunan məlumatların yazılmasını və xüsusi tətbiq vasitəsilə smartfona və ya kompüterə ötürülməsini mümkün edəcək.
Lakin skeptiklər narahatdırlar ki, alimlər öz təcrübələrində daha da irəli gedəcəklər və bu texnologiya hal hazırki dərrakə anlayışına son qoyacaq. Koqnitiv psixoloq olan Susan Schneider bildirib ki, əgər alimlər həmçinin beynin funksional toxumalarını elektronika ilə əvəz etməyə başlasalar, bu bir növ qeyri dönüş nöqtəsi olacaq. Hal hazırda bu prosesin necə və kimlər tərəfindən nizamlanacağı məlum deyil.
"Beyin toxumalarının 15%-nin əvəz olunması başqa, 75%-nin əvəz olunması ilə tamamilə başqa məsələdir” - deyə filosof Derek Parfit bildirib. Heç şübhəsiz bu texnologiya insan zəkasının imkanlarının genişləndirilməsinə təkan verə bilər. Bununla belə mütəxəssislər qeyd ediblər ki, onların bu texnologiyaları beyin üçün riskləri minimuma endirir. Mütəxəssislər ümid edirlər ki, gələcəkdə bu neyrointerfeys epilepsiya və iflic kimi xəstəlikləri müalicə etməyə imkan verəcək. (unikal.org)

Xəbər 642 dəfə oxunub.




15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +