Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


22.01.2019  16:43 

Hindistanlı turistlərin Azərbaycana axını başladı





A+  A-

2018-ci ildə Azərbaycana səfər edən hindistanlı turistlərin sayında 175% artım olaraq 40.000 nəfərə çatıb.
XəzərNews.az xəbər verir ki, bu haqda Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Hindistanın nüfuzlu “Times of India” informasiya agentliyinə müsahibəsində deyib.

Florian Zenqstşmid Azərbaycanın turizm imkanları haqqında danışaraq son illərdə hindistanlı turistlərin Azərbaycana daha çox maraq göstərdiyini vurğulayıb.

O qeyd edib ki, Hindistan Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyinin açıldığı ilk altı ölkədən biridir. Hindistan bazarı haqqında daha əvvəldən araşdırma aparıldığını, potensial turistlərin maraqlarının öyrənildiyini bildirən F. Zenqstşmid Azərbaycanın yeni turizm konsepsiyası ilə ölkənin turizm imkanları haqqında məlumatın daha yaxşı çatdırıla biləcəyini deyib.

Müasir tikililər, müxtəlif restoranlar, ticarət mərkəzləri, Xəzər dənizi sahili, palçıq vulkanları, təbii parklar, gözəl təbiət, 9 fərqli iqlim tipi, Naftalanda müalicəvi neft və ən əsası təhlükəsizlik və müasir dünyagörüşlü insanlara malik olması kimi amillər Azərbaycanı mütləq ziyarət edilməli olan yerlər sırasına daxil edir. Azərbaycan təbiətində kəşf olunmamış gözəlliklər gizləndiyini qeyd edən F.Zenqstşmid ölkə boyunca gəzdikdə hər an fərqli yeniliklərlə tanış olmaq şansından, eləcə də dadlı Azərbaycan mətbəxindən bəhs edib.

Baş icraçı direktor bildirib ki, mühüm amillərdən biri də Azərbaycana səfər etməyin asan olmasıdır. Belə ki, hindistanlı turistlər cəmi 3 saat ərzində onlayn olaraq viza əldə edə bilmə imkanına malikdirlər. O əlavə edib ki, Azərbaycana hal-hazırda əsasən Körfəz ölkələri üzərindən uçuşlar həyata keçirilsə də, gələcəkdə birbaşa Dehli-Bakı uçuşlarının həyata keçirilməsi nəzərdə tutulub.

F. Zenqstşmid Azərbaycan və Hindistan xalqının ümumi mədəni və tarixi dəyərlərə malik olduğunu, hindli turistlər üçün “Atəşgah” məbədinin də daxil edildiyi xüsusi turların təşkil olunduğunu, paytaxt Bakıda tarixilik və müasirliyinin vəhdət təşkil etdiyini bildirib.

O, əsas hədəf kütlənin müxtəlif yaş qrupundan olan individual səyahətçilər, gənclər qrupu və ailələr olduğunu qeyd edib. Həmçinin hindli turistlər üçün müxtəlif bayram, toy və s. kimi korporativ və qrup tədbirlərinin keçirilməsi üçün də təkliflərin mövcud olduğu, hətta Azərbaycanda hind kinolarının çəkilişini dəstəkləyəcək qaydalar müəyyənləşdirən sənəd üzərində iş getdiyi haqqında məlumat verib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Azərbaycan Turizm Bürosunun rəhbərliyi ilə 16-18 yanvarda Nyu-Dehli şəhərində keçirilən “SATTE 2019” beynəlxalq sərgisində iştirak edib.

Xəbər 745 dəfə oxunub.




15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +