İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.01.2018  14:25 

Gəncə aeroportunda BİABIRÇILIQ





A+  A-

"Gəncə Beynəlxalq Hava Limanında sərnişinlərə göstərilən xidmət səviyyəsi olduqca aşağıdır. Səhər reysi ilə uçuş üçün 7-dən tez gələnlər qapıda saxlanılır".
XəzərNews.az xəbər verir ki, bu barədə jurnalist Elkin Xəlilov öz "Facebook" səhifəsində yazıb. O, vaxtından əvvəl getdiyi üçün soyuq havada aeroportun bağlı qapıları arxasında qaldığını, ayaqyolu əvəzinə mühafizəçinin ona ağaclığı göstərdiyini, hava limanının şəxsi mülk kimi işlədildiyini, həmçinin yüklərin aeroport işçiləri tərəfindən qanunsuz şəkildə açıldığını qeyd edib:

"Mühafizəçinin otağına yaxınlaşdım ki, tualetə getmək istəyirəm. Yəqin ki, açıq tualet olar. Dedi o da bağıdır. Özünü ver ağaclığa. Burda özümü saxlaya bilmədim. Dedim, a kişi, nə danışırsan, nə ağaclıq? Bura ölkənin ikinci böyük şəhərinin aeroportudur. Ölkəyə gələn turistlərə də belə deyirsiniz? Dedi ki, vallah belədir. Elə mən özüm də gedirəm ağaclıq tərəfə...

Halbuki, Gəncə ən qədim tarixə malik şəhərlərimizdən biridir, Cümhuriyyətin ölkədə olan ilk paytaxtıdır, böyük sənaye şəhərdir. O boyda şəhərin aeroportunu obyekt kimi işlədirlər, saat 7-də açıb, axşam da bağlayırlar".

Bundan əlavə jurnalist Gəncə Beynəlxalq Hava Limanının normal bir sosial şəbəkə hesabının, e-mail adresinin və web saytının olmadığını bildirib. Dövlət qurumunun e-mail ünvanının "mail.ru" saytında açılması, həmçinin "@" işarəsinin (AT) şəklində yazılması isə sosial şəbəkə istifadəçiləri arasında tənqid olunub və savadsızlıq kimi göstərilib. "Aeraport-genja"nın isə hansı anlam daşıdığı isə məlum deyil. Azərbaycan dilində "aeraport" sözünün ikinci hərfinin o ilə yazıldığı hər kəsə məlumdur, həmçinin Gəncə şəhərinin adı isə beynəlxalq dildə "Ganja" yazılır ki, bu da heç bir çərçivəyə sığmır. (Aeroport haqqında məlumatlar isə ganja.az saytında yerləşdirilib - red.)



Məsələnin xırdalıqlarına çox da varmadan, bircə suala cavab tapmaq istərdik. Hava limanı saat 7-də açılıb, axşam saatlarında bağlana bilərmi?

Aeroportun məlumat bürosunun əməkdaşı Ceyran Əliyeva da bu problemin olduğunu və axırıncı reys uçandan sonra qapıların bağlandığını, səhər erkən gələn sərnişinlərin soyuqda gözləmək məcburiyyətində qaldıqları faktını təsdiqləyib:

"Aeroport axırıncı reys uçandan sonra bağlanır. Məsələn, bu gün saat 18:00-da bağlanacaq. Səhər reysindən öncə gələnlər aeroport açılana qədər ya maşında gözləyirlər, ya da çox vaxt soyuqda qalmalı olurlar. Gəncədə belədir. Çox adam gələndə təəccüblənir ki, hava limanı beynəlxalq səviyyəlidir, amma necə olur ki, 24 saat işləmir?!"

Xəbər 2694 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +