Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


06.11.2017  11:07 

Yoxlamalar dayan(ma)dı?





A+  A-

Sahibkarlıq sahəsində aparılan yoxlamaların daha 4 il müddətinə dayandırılması haqqında" qanun qəbul edildi. İki il bundan əvvəl qəbul olunan qanunda olduğu kimi, növbəti 4 ildə də vergi yoxlamaları xüsusi hallarda və şəraitdə aparıla bilər. Yoxlamalara növbəti moratorium yerli biznes üçün gərəkli idi. Yaxşı ki, sosial mediada qanunun növbəti müddətə uzadılmayacağı haqda fikirlər özünü doğrultmadı. Lakin, mediada bu mövzuda dərc olunan məlumatları və digər qanunvericilik aktlarını izləyərkən, başqa nüanslar ortaya çıxır. Belə ki, Mülki Məcəllənin 91.4 maddəsinin tələblərinə görə Məhdud Məsuliyyətli Cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Məlum olduğu kimi, audit xidmətinin haqqını da məhz müəssisələr ödəməlidir. Adıçəkilən xidmətin dəyəri AR Auditorlar Palatası Şurasının 2017-ci il 31 mart tarixli 286/2 nömrəli qərarı ilə tənzimlənir.
"AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ GÖSTƏRİLƏN AUDİTOR XİDMƏTLƏRİNİN DƏYƏRİNİN TÖVSİYYƏ OLUNAN MİNİMUM HƏDLƏRİ" adlı sənəddə xidmətlərin məzmunu və meyarların minimum hədləri (AZN ƏDV-xaric) müəyyən edilib. Sənədə görə illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il Sığorta təşkilatları 6 min AZN, Bələdiyyələr dövriyyəsindən asılı olaraq 1000-2500 AZN, MMC-lər, ASC-lər, QSC-lər və digər hüquqi şəxslər üzrə dövriyyəsindən asılı olaraq:
-İllik gəliri və ya xərci 200 min manatadək olduqda - 2 min AZN
-İllik gəliri və ya xərci 201-500 min manatadək olduqda - 4 min AZN
-İllik gəliri və ya xərci 1,1 mln.manatdan yuxarı olduqda - 10 min AZN
miqdarında xidmət haqqı ödəməlidirlər.
Öncə onu qeyd edim ki, istər vergi, istərsə müstəqil auditor yoxlamasının əleyhinə deyiləm. Əksinə belə yoxlamaların mütəmadi aparılmasının tərəfarıyam. Sadəcə yoxlamaların şəffaf, qərəzsiz, xidmət haqqlarının isə əsaslandırılmış olmasının tərəfdarıyam. Məncə auditor xidmətinin dəyərini hansısa Şura deyil, təklif - tələb əsasında sifarişçi ilə auditor öz aralarında özləri müəyyən etməlidir. Auditorlar Palatası həm müstəqil auditorlara lisenziya vermə səlahiyyətinə malikdir, həm minimum xidmət qiymətləri təsdiq edir, həm də özü audit yoxlaması keçirə bilir. Bir dövlət qurumunun hər 3 səlahiyyəti öz əlində saxlaması maraqların birbaşa toqquması deməkdir, ona görə də yol verilməzdir.
Qeyd edək ki, qanunvericilikdə müstəqil audit xidmətindən keçməməyə görə inzibati cəza nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, maliyyə hesabatlarını məcburi auditdən keçirməyən hüquqi şəxslərə qarşı tərtib olunan protokollar məhkəmədə təsdiqini taparsa, onlar 1500 manatdan 2500 manatadək cərimələnəcək. Şirkətlərin qanuni təmsilçiləri ilə bağlı da ayrıca sanksiya tutulub. Adı çəkilən qanunvericiliyin pozulmasına görə müəssisənin özündən əlavə, rəhbərliyi də 300 - 600 manat arasında cərimə ödəməlidir. Əslində Məcburi (müstəqil və ya kənar) auditdən keçmək tələbi hələ 2011-ci ildə müəyyən olunub. Lakin qanunvericilikdə boşluqlarən olması, həm də və yoxlama prosesinə Vergi orqanları nəzarət etdiyi üçün bu yada düşmürdü. Vergi orqanlarının səlahiyyətləri bu istiqamətdə məhdudlaşdırıldıqdan sonra, bu sahənin uzun müddət nəzarətsiz qalması münasib sayılmayıb. Ona görə də, bu ilin mayında artıq qanunu pozanlara qarşı inzibati cərimələrin tətbiqi qaydasının müəyyənləşdirilməsi tamamlanıb, necə deyərlər tətbiqə tam hazır vəziyyətdədir. Auditorlar Palatasının Məhkəmə işləri və inzibati protokollar şöbəsinin müdiri Elnur İbrahimov artıq Sahibkarları nə gözlədiyini mediaya açıqlayıb. E. İbrahimov bildirib ki, Auditorlar Palatası məcburi auditdən yayınan şirkətlərə qarşı kütləvi şəkildə məhkəmələrə müraciət edəcək. Palata hazırda auditorlardan daxil olan son hesabatları təhlil etməkdədir. Onun sözlərinə görə Auditdən keçməyən şirkətləri və onların rəhbərlərini ağır cərimələr gözləyir. E. Ibrahimov verdiyi vədə sadiq qalıb. Artıq yüzlərlə müəssisəyə bu şəxsin imzası ilə xəbərdarlıq məktubları göndərilib.
Hadisələrin belə inkışafı təsdiq edir ki, müəssisələrə təzyiq davam edəcək. Yoxlamalar dayanmır. Onun forması və aparan əli dəyişir. Yuxarıda qeyd edildiyi kimi, Mülki Məcəllənin Müəssisələrin müstəqil auditdən keçməsi ilə bağlı tələbi 2011-ci ildə qüvvədədir. Amma nə qədər ki, müəssisələrin yoxlanması vergi orqanlarının inhisarında idi, Mülki Məcəllənin adı çəkilən tələbinin 6 il müddətində pozulması heç kimi narahat etmirdi. Qeyd edək ki, mübahisələr zamanı vergi orqanları müstəqil audit yoxlamalarının rəyini də heç vaxt nəzərə almayıb. Hər il auditdən könüllü keçən yerli və xarici şirkətləri vergi orqanları istədiyi vaxt yoxlayıb. Hətta beynəlxalq auditor şirkətlərindən "ƏLA" qiymət alan müəssisələri cərmələyib, onlara qarşı sanksiyalara tətbiq edib.
Mülki Məcəllənin adıçəkilən tələbinin 6 ildən sonra yada düşməsi və qanunvericilikdə olan boşluğun qısa müddətdə aradan qaldırılması bir daha təsdiq edir ki, adından və mahiyyətindən asılı olmayaraq bu yoxlamalar xoş məqsədlə keçirilmir.
Hər bir təsərrüfat obyekti hesabatlı olmağa borcludur. Ən azı bu müəssisənin təsisçilərinə bu lazımdır. Lakin bu yoxlamalar, hesabat dövrləri və auditlər dövriyyədən asılı olaraq dəyişməlidir. Dövriyyəsi ildə 101 min manat olan müəssisə ilə dövriyyəsi 100 milyon manat və artıq olan müəssisələri eyniləşdirmək olmaz. Audit yoxlamalarının dövriyyədən asılı olaraq 1-4 il arasında müəyyən edilməsi daha yaxşı oardı. Əks halda ikiqat devalvasiyadan və 2 ilik iqtisadi resesiyadan sonra çətin duruma düşən KOS yerindən qalxa bilməyəcək.

Samir İsmayıl

Xəbər 1321 dəfə oxunub.




11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +