Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


06.02.2017  13:37 

Elşad Nəsirov: "Biz Avropa və Türkiyədə enerji təchizatı boşluğunu doldururuq"





A+  A-


Azərbaycan neft və qazdan daha az asılı olmaq niyyətindədir.

XəzərNews.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Almaniya KİV-inə müsahibəsində bildirib.

O qeyd edib ki, dünya bazarında neftin qiymətinin düşməsi ölkəyə təsirini göstərib: “Buna baxmayaraq Azərbaycan hökuməti alternativlərə baxır və iqtisadiyyatı daha da şaxələndirməyə çalışır. Bu, həm də SOCAR üçün bir fürsətdir. Biz bir neçə istehsal sahəsini genişləndirəcəyik və  qapalı dairələr yaratmağa (məsələn, gübrə istehsalı, yaxud da neft və qaz emalı üzrə) çalışacağıq.

E.Nəsirov neft və qaz plaftomalarında təhlükəsizliyin gücləndirilməsi tədbirlərinin görüldüyünü qeyd edib. “Təəssüf ki, bizim istifadəyə yararsız olan bir çox avadanlıq və strukturları əvəzləmək üçün lazımi maliyyə və texniki imkanlarımız olmayıb”, - deyə E.Nəsirov bəziləri sovet dövründən qalmış istehsal qurğularını nəzərdə tutaraq bildirib: “Lakin hazırda biz dənizdə yerləşən qurğuların əsas hissəsini yeniləyirik, işçilərə təhlükəsizlik və xilasetmə üzrə təlimlər keçirik”.

SOCAR-ın vitse-prezidenti  deyib ki, 2015-ci ilin dekabrında və 2016-cı ilin dekabrındakı  qəzaların səbəbini əsasən köhnəlmiş infrastrukturda axtarmaq lazımdır: “Sovet dövründə heç kim ətraf mühitin qorunması və təhlükəsizlik məsələləri ilə maraqlanmırdı. Sürəti rekord həddə çatan külək və nəhəng dalğalar da bura əlavə olunmalıdır. Amma, təbii ki, bu heç də baş verənlərə bəraət qazandırmır. Bu bizim hamımız üçün faciə idi”. O qeyd edib ki, gələcəkdə bu cür qəzaların qarşısını almaq üçün SOCAR xarici şirkətlərlə əməkdaşlıq edir.

E.Nəsirov xatırladıb ki, SOCAR İsveçrə, Rumıniya və Ukrayna kimi Avropa ölkələrində təmsil olunur. Onun sözlərinə görə,hazırda enerji daşıyıcılarının qiymətlərinin aşağı olmasını nəzərə alaraq, şirkət təbii ki, genişlənməkdə maraqlıdır: “Lakin hazırda bizə Almaniyada şəbəkə təklif edilsə belə, biz tələsik hərəkət etməyi düşünmürük”. 

O vurğulayıb ki, SOCAR hazırda Xəzər dənizindən Türkiyəyə və Qərbi Avropaya çəkilən bir neçə qaz kəməri ilə məşğuldur: “Kəmərlərin çəkilməsinə və dəniz qurğularının tikintisinə çəkilən 35 mlrd. dollar xərci nəzərə alsaq, biz təchizat və tranzit xərclərinin hər il müzakirəyə çıxarılmasına yol verə bilmərik”, - deyə E.Nəsirov vurğulayıb.

Şirkətin vitse prezidenti həmçinin qeyd edib ki, SOCAR özünü Rusiyanın "Qazprom" şirkətinin rəqibi olaraq görmür: "Heç bir rəqib Avropa bazarından çıxarılmayıb. Biz sadəcə Avropa və Türkiyədə hazırki və gələcəkdə yarana biləcək enerji təchizatı boşluğunu doldururuq”.



Xəbər 1135 dəfə oxunub.




12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb


BÜTÜN XƏBƏRLƏR +