Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


25.03.2024  10:17 

“Xaricdə yaşayan soydaşlar və diaspora təşkiları” haqqında qanunun qəbulu niyə gecikir?





A+  A-

“Haradasa 10 ilə yaxındır soydaşlarla bağlı ayrıca bir qanunun qəbul edilməsi gündəmə gətirilir”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Diaspora.tv-yə açıqlamasında miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirib.

Onun sözlərinə görə, Gürcüstan, Rusiya, İran, Ukrayna və digər ölkələrdən gələn və Azərbaycanda yaşayan soydaşlarımız üzləşdikləri problemləri öz icmaları vasitəsilə vaxtaşırı gündəmə gətirirlər:

“Hər zaman da deyirlər ki, bizə qarşı münasibət bir qədər fərqli olmalıdır. Hətta soydaş anlayışı, zamanında Azərbaycan Respublikasının vətəndaşı olmuş, sonradan gedib başqa bir ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə da şamil olunan bir məsələdir. Onlar da düşünürlər ki, soydaşlara münasibət fərqli olmalıdır və bu qanunvericilikdə öz əksini tapmalıdır. Bununla bağlı ABŞ-dan, Almaniyadan və sair bizə müraciət edənlər də var. Hətta vaxtaşırı Milli Məclisdə çıxışlar olur... Yəni, bu baxımdan kifayət qədər aktual bir mövzudur. Hamıya məlumdur ki, soydaşlarla bağlı Milli Məclisdə qanun layihəsinin hazırlandığı bəyan edilib. Ən azından 4-5 ildir qurumlararası əlaqələndirmə işləri gedir və rəylər toplanır. Hər bir qurumun da burada öz yanaşması var”.



Ekspert qeyd edib ki, indiki halda ölkə ərazisində olan istənilən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə münasibət miqrasiya qanunvericiliyi ilə tənzimlənir:

“Burada hər hansı ayrı-seçkiliyə yol verilimir. İndiki halda qanunun qəbulu həm pozitiv, həm də neqativ ayrı-seçkilik kimi dəyərləndirilə bilər. Bu da müəyyən mənada digər kateqoriyadan olan miqrantların narazılığına səbəb ola bilər. Lakin istənilən halda qanunvericilikdə həmin güzəştlər təsbit edilibsə, buna uyğun qaydalar və davranışlar tənzimlənməlidir. Hazırda bu yoxdur və hamıya eyni münasibət bəslənilir. Heç bir poztiv və neqativ diskriminasiya halı yoxdur. Amma çoxsaylı müracitələri nəzərə alaraq “Xaricdə yaşayan soydaşlar və diaspora təşkiları” haqqında qanun layihəsinin hazırlanması, müzakirəyə çıxarılması istiqamətində müəyyən təkliflər səsləndirilir. Hətta “soydaş” anlayışı özündə nəyi ehtiva edirsə, bununla bağlı da ayrıca rəsmi müraciətim də olub”.

A.Allahverənov vurğulayıb ki, bu məsələ müəyyən mənada bütün tərəflərin maraqlarını nəzərə almaqla həyata keçirilə bilər:

“Bilirik ki, təcrübədə belə presedentlər var. Misal üçün, Rusiya, İsrail, Almaniya və digər dövlətlərdə soydaşlara münasibət tamamilə fərqlidir və bu əsasda da mövcud münasibətlər qurulur. Mən də bu məsələyə müsbət yanaşıram. Amma düşünürəm ki, bu geniş bir müzakirə olunacaq məsələdir. Qanunvericilik müəyyən güzəştlər verəcəksə, bundan yararlana biləcək şəxslərin təxmini sayı, iqtisadi çəkisi nəzərə alınacaqdır. Digər tərəfdən elə hallar da ola bilər ki, sırf hüquqi və ya siyasi xüsusiyyətə malik güzəştlər tətbiq edilə bilər. Bunlar da nəzərdən keçirilməlidir. Yaxın gələcəkdə bu qanunla bağlı dinləmələr keçirilərsə, təcrübəmə əsaslanaraq töhfə verə bilərəm. Ən azından sədri olduğum Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyi də bu istiqamətdə fəaliyyət göstərir. Bundan başqa bizim təşkilatın təsis etdiyi Miqrasiya Əməkdaşlıq Platforması var və bu 9 təşkilatın koalisiyasıdır. Bunun tərkibində işçi qrupu fəaliyyət göstərir. Hansı ki, onun işi bilavasitə diaspora fəaliyyəti ilə bağlı məsələlərin həyata keçirilməsində dövlətə dəstək olmaqdır”.

Bəxtiyar Məmmədli
Diaspora.tv



Xəbər 1343 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +