İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


18.02.2021  10:43 

Gürcüstan Baş naziri istefa verdi - Yenilənib





A+  A-

Gürcüstan Baş naziri Giorgi Qaxariya istefa verib.
XəzərNews.az xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi brifinqdə məlumat verib.

Hökümət rəhbəri ölkədəki siyasi böhran fonunda istefa qərarını aldığını açıqlayıb.

***

“Vəzifəmdən ayrılmaq qərarı verdim. Əlbətə ki, bu addımın ölkəmizdəki qütbləşmənin azalmasına kömək edəcəyinə inanıram və inanmaq istəyirəm. Çünki əminəm ki, aramızdakı qütbləşmə və qarşıdurma ölkəmizin gələcəyi, iqtisadi inkişafı və ola biləcək hər cür böhran üçün ən böyük riskdir”,- deyə Qaxariya bildirib.

***

Eyni zamanda, Baş nazir istefasının səbəbinin “Vahid Milli Hərəkat” partiyasının lideri Nika Meliyanın həbs edilməsinə dair məhkəmə qərarının icrası ilə bağlı hakim partiya ilə fikir ayrılığı olduğunu qeyd edib.

Qaxariyanın istefasının ardından Gürcüstan hökumətinin də istefaya getdiyi açıqlanıb.

Qeyd edək ki, G. Qaxariya 2019-cu ilin 9 sentyabrından ölkənin Baş naziri vəzifəsinin icra edirdi.



Xəbər 1631 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +