İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.01.2023  09:30 

Aksiyanın 30 günü tamam oldu.. - Şuşa-Xankəndi yolu





A+  A-

Şuşadan keçən Laçın-Xankəndi yolunda təşkil olunan aksiya bu gün səhər saatlarında da sivil qaydalar çərçivəsində davam edir.

XəzərNews.az xəbər verir ki, etirazçılar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldırıb şüarlar səsləndirirlər.

Havanın qarlı-şaxtalı olmasına baxmayaraq, onlar artıq 30-cu gündür ki, fəaliyyətlərini davam etdirirlər.

Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir neqativ təmas və insident müşahidə edilməyib. Etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan dinc aksiya ötən il dekabrın 12-dən başlayıb.

Xəbər 607 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +