İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


11.10.2022  11:20 

“Qardaşımı döydürür, polis isə baxmır” - Video





A+  A-

Bərdə rayonu sakini Nəsrəddin Qurbanov Daxili İşlər Nazirliyi qarşısında etiraz edib.

XəzərNews.az Toplum TV-yə istinadla xəbər verir ki, vətəndaş oktyabrın 10-da keçirdiyi aksiyada bildirib ki, qardaşı Sədrəddin Qurbanov döyülüb, amma rayonun polis idarəsi məsələyə baxmır.

Şikayətçi deyir ki, zərərçəkəni döydürən Bərdə Rayonu İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı Xalid Qədirovdur.

“Xalid Qədirovun ferması var, malları otarılmalıdır. Mənim torpağım həmin əraziyə yaxındır. Mənim torpağımı əlimdən almaq istəyirlər. Deyirəm, pulumu ver, çıxım, gedim. Bunun üstündə qardaşımı döydürtdürür, başına oyun açır”.

Vətəndaş müsahibəsini bitirmədən polis əməkdaşları onu xidməti maşına mindirib ərazidən uzaqlaşdırıblar.

Şikayətçi polis bölməsində izahatı alındıqdan sonra sərbəst buraxıldığını bildirib.
İcra hakimiyyətinin sözügedən əməkdaşı Xalid Qədirov isə bildirib ki, haqqında deyilənləri şər-böhtan xarakterli ifadələr hesab edir.



Xəbər 7457 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +