İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.01.2022  13:53 

Naftal-Qızılhacılı yolunda qəza: İki bacı öldü





A+  A-

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

XəzərNews.az xəbər verir ki, hadisə rayonun Naftal-Qızılhacılı yolunda baş verib.

Eyni istiqamətdə hərəkət edən 22 BF 937 dövlət nömrə nişanlı avtomobillə BMW markalı, 20 EM 319 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb. Ölənlər 22 BF 937 dövlət nömrə nişanlı maşının sərnişinləri, Təhlə kənd sakinləri, 1968-ci il təvəllüdlü Tanrıverdiyeva Aybəniz Əli qızı və onun bacısı Tanrıverdiyeva Vəzifə Əli qızıdır.

Yaralılar Təhlə kənd sakinləri - 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, doqquz yaşlı Əlizadə Cəmilə Rəsul qızı, 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1985-ci il təvəllüdlü Qızılhacılı qəsəbəsi sakini Orucov İkram İbrahim oğludur. Onun BMW-nin sürücüsü olduğu bildirilir.

Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər 1083 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +