İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


31.10.2021  22:27 

Deputat: “Bu kimi cinayətlər yüzlərlədir, sadəcə gizlədilir”





A+  A-

“11 yaşlı qızımızın faciəsi bir ümummili faciədir. Bəli, məhz faciə. Hər şeyin bu və ya digər səviyyədə uçotu var. Sanki bu uşaqların uçotunu itirmişik. Şossedə avtomobilimizin şüşəsini döyüb pul dilənən o qızlar, oğlanlar da 9-13 yaş arasındadırlar, rayonlarda evlərin küncündə gizlədilən, bir çox hallarda valideynlərinin, atalıq və analıqların, qohumlrın vəhşəti ilə qarşılaşanlar da bu yaşlardadır”.

XezerNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib.

F.Mustafa bildirib ki, özümüzü aldatmayaq, məktəblə, icra qurumlrında olan müvafiq komissiyalarla əlaqə və əməkdaşlıq da formal mahiyyət daşıyır: “İndi tələb olunur ki, azyaşlı qızlara və oğlanlara təcavüz edən pedofillərə ömürlük həbs cəzası verək. Razıyam, cəza maksimum səviyyədə sərtləşdirilməlidir. Bəs bunu gizlədən cəmiyyətlə nə edək?”

Deputat vurğulayıb ki, bu kimi cinayətlər yüzlərlədir, sadəcə gizlədilir: “Bunu gizlədənlərin və hətta buna şərait yaradanarın içində ana var, bacı var, qohumlar, yaxınlar var. Gizlətməyin iki səbəbi var: Birincisi, çevrənin qınağı, məsxərəsi, tənəsi, ikincisi isə ədalət müəssisəsinə güvənsizlik. O halda bu iki mühüm amili düzəltmək necə olacaq? Çığırıram, bağırıram, ölkədə təhsildən kənarda heç bir uşaq qalmamalıdır, xüsusilə də qız uşaqları. Azad edin vergidən qızlar üçün kolleclər yaradan sahibkarları, qoy yurdlar yaratsınlar, himayəsiz uşaqların barınması və ciddi dövlət nəzarəti altında onların təhsil alması təmin edilsin. Birinə, beşinə ən yüksək cəza verin, istəyirsiniz lap axtalayın, bu sadəcə bir təsəllidir, heç bir ibrət tərəfi olmayacaq.

Əslində 11 yaşlı uşaq bir cinsi terrorun qurbanıdır, artıq gələcəyi, gəncliyi, arzuları məhv edilib. Hələ biz bilinənə bu cür acıyırıq, bilinməyən yüzlərlə qurbanın ahını eşitmirik. Bu məsələ geniş müzakirə olunmalıdır: parlamentin komitələrindən tutmuş, müvafiq dövlət komitəsində, məktəblərdə, məhəllələrdə, evlərdə. Hamı təhlükənin onun ocağına çatmasını gözləməməlidir. Ölkədə bir nəfər də olsun sahibsiz, diqqətdənkənar uşaq qalmamalıdır”.

F.Mustafa əlavə edib ki, Avropada uşağının üstünə çığıran valideynin əlindən dövlət uşağını altı ay, bir il alıb onu cəzalandırır ki, bir də uşağa qarşı şiddət, zorakılıq etməsin: “Bu qədər reklam üçün formal qurumlar nəyimizə lazım.
Əgər 11 yaşlı uşağı terrordan qoruyacaq mexanizm yoxdursa, inkişaf etmiş cəmiyyətdən danışmamız da içiboş sözlərdən başqa bir şey olmayacaq”.


Xəbər 1249 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +