İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.02.2021  14:19 

Para-atletlərimiz Qran-pridə 3 medal qazandılar





A+  A-

Azərbaycanın para-atletika üzrə milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş Qran-pridə 3 medal qazanıb.
Milli Paralimpiya Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, 6 idmançıdan 1-i qızıl, 2-si bürünc medala sahib olub. Heydər Həmidli nizə atma növündə F57 kateqoriyasında 43.75 m məsafə nəticə göstərərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nüvə itələmə növündə isə Elvin Astanov F53 kateqoriyasında 7.3 metr nəticə ilə, Oloxan Musayev isə F56 kateqoriyasında 10.65 metr nəticə ilə 3-cü yeri tutub.

Beləliklə, Həmidli və Astanov dünya reytinqinin ilk onluğunda qərarlaşaraq “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya şanslarını daha da artırıblar.

Qeyd edək ki, Beynəlxalq Para-Atletika Federasiyası “Tokio 2020”yə lisenziya qazanmış idmançıların adlarını aprelin 1-də açıqlayacaq. Hələlik para-atletlərdən Oloxan Musayev, Samir Nəbiyev və Kamil Əliyev 2019-cu ildə dünya çempionatındakı nailiyyətlərinə görə “Tokio 2020”yə birbaşa lisenziya qazanıblar.

Xəbər 1690 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +