İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.07.2019  17:12 

Azərbaycanda intihar bumu - Gəncləri bu yoldan necə daşındırmaq olar?





A+  A-

Son vaxtlar Azərbaycanda intihar hallarının sayında artım müşahidə olunur. Demək olar ki, hər gün ən az 1-2 intihar xəbəri ilə qarşılaşırıq. İntihar edənlərin əksəriyyəti isə gənclərdir.
Bəs gəncləri bu bəladan xilas etmək mümkündürmü?

XəzərNews.az-ın məlumatına görə, bu barədə "Yeni Sabah"ın suallarını cavablayan psixoloq Orxan Fərəcli bildirib ki, intihar edən insanlar öncədən bu addımı atacaqlarının siqnallarını verirlər:

“Deyə bilərik ki, intiharların 90%-nin kökündə depressiya faktı durur. Yəni, 10 intihar etmiş adamın 9-da depressiya faktı mövcuddur. Ümumiyyətlə, intihar birdən-birə baş vermir. İntihar planlanan, əvvəlcədən düşünülən birşeydir. Hətta arada bunu edəcəklərini dilə də gətirirlər. “Mən özümü oldürəcəm”, “yaşamağın mənası yoxdur”, deyib halallaşmağa başlayırlar".

Psixoloqun sözlərinə görə, ətrafımızdakı insanlarda bu halları müşahidə etdikdə diqqətli olmalıyıq:

"Artıq insanlarda depressiyanı görəndə narahat olmalıyıq. Yəni adam özünə qapılmağa başlayırsa, həftələrlə çölə çıxmırsa, öz işlərini vaxtında görmürsə, ağlamağa meyllənirsə, öz səliqəsinə fikir verməməyə başlayırsa, bu artıq depressiyadan xəbər verir. Belə insanların da müəyyən bir hissəsi intihara meylli olurlar. Çünki onlara həyat, yaşamaq mənasız gəlir. Ailələr yaxınlarında həddən artıq dərdli görünmə, az danışma halları müşahidə etdikdə diqqətli olmalıdırlar".

Psixoloq belə insanlarla düzgün ünsiyyət qurmağın nə dərəcədə əhəmiyyətli olduğunu da vurğulayıb:

“Onlarla ünsiyyətdə buraxılan ən böyük səhv odur ki, belə insanlara “narahat olma”, “nəyin çatmır?”, ”Allahına şükür elə” kimi məsləhətlər verilir. Onlara belə məsləhətlər lazım deyil. Çünki bu kimi məsləhətlər onlarda günah hissi yaradır. Onlara elə gəlir ki, iradələri zəifdir. Sadəcə onları başa salmaq lazımdır ki, bu iradə zəifliyi deyil, xəstəlikdir. Xəstəlik insanların özündən asılı deyil. Necəki şəkərli, təzyiqli xəstəyə demək olmur, "iradəni cəmlə şəkərin düşsün, təzyiqin düşsün", eləcə də bu inthara meyilli insanlarda da mümkün deyil. Belə insanlarla danışarkən “biz sənə kömək edəcəyik”, “keçib, gedəcək, bu bir xəstəlikdir”, “biz səni başa düşürük“ kimi cümlələr qurmaq lazımdır. Onun yanında olduğuzu hiss etdirin".

Xəbər 1866 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +