İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.03.2017  17:04 

Mərc oyunlarının keçirilməsində dəyişiklik





A+  A-

Nazirlər Kabineti “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nın və "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar verib.
XəzərNews.az xəbər verir ki, qərara görə, Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 762; 2012, № 5, maddə 494; 2013, № 6, maddə 752; 2016, № 6, maddə 1187, № 8, maddə 1449, № 9, maddə 1564) ilə təsdiq edilmiş "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın 5.1.9-cu yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və 5.1.10-cu yarımbənd əlavə olunub. Yeni əlavə olunmuş yarımbənddə mərc oyunları operatoruna əlavə hüquq və səlahiyyət verilib. Yeni əlavə edilən yarımbənddə göstərilib:

“5.1.10. idman yarışlarının manipulyasiyasına şübhə olduğu halda, dərhal Nazirliyə, maliyyə bazarlarına nəzarət orqanına və prokurorluğa məlumat vermək”.

Xəbər 2005 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +