İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.03.2024  11:52 

Turistlərin keçdiyi yolda zibillər dolub-daşır





A+  A-

“Abşeron rayonunun Məmmədli kəndi ərazisində zibil qutuları vaxtlı-vaxtında yığışdırılmır. Xüsusən mərkəzi yolun kənarında günün istənilən saatı dolub-daşan zibil yeşiklərini görmək olar. Hər gün kənd ərazisində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedən əcnəbi turistlərin də bu yoldan keçdiyini nəzərə alsaq, bunun necə mənzərə yaratdığını təsəvvür etmək çətin deyil”.

Xəzərnews.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Məmmədli sakini Nicat Tarverdiyev müraciət edib.

O bildirib ki, turistlərdə neqativ təəssürat yaradan bu hal həm də antisanitariya baxımından narahatlığa səbəb olur. Daşan zibil yeşiklərinin yaxınlığında sahibsiz itlər toplaşır, yerə tökülmüş tullantıları ətrafa yayırlar.



Problemlə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Məmmədli kəndində məişət tullantıları əvvəlcədən müəyyən edilmiş cədvələ uğun vaxtlı-vaxtında ərazidən daşınır: “Hazırda Məmmədli kəndinin əsas küçəsində cari təmir işləri həyata keçirilir.

Kənddə məişət tullantıları vaxtlı-vaxtında, yəni cədvələ uyğun şəkildə daşınır.

Bayram günlərində bir neçə saatlıq yubanma olub, amma ümumən belə bir problem yoxdur. Hazırda kəndin küçələri tamamilə təmizdir. Həmçinin vətəndaşlara çağırış edirik ki, məişət tullantılarını yol kənarında qoyulmuş konteynerlərə atsınlar, kənar yerlərə tullamasınlar”.





Xəbər 543 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +