İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


21.02.2024  10:17 

“Bank Respublika“nın işçisi müştərilərin depozitini necə ələ keçirib?





A+  A-

Lənkəran Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Rail Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Xəzərnews.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilib və Rail Məmmədov məhkəmə iclas zalından həbs olunub.

İttihama görə, Rail Məmmədov 13 sentyabr 2011-ci il tarixdən 22 may 2023-cü il tarixədək "Bank Respublika" ASC-nin Sabirabad filialında korperativ müştəri xidməti üzrə baş mütəxəssis vəzifəsində işləyib. O, 2010-cu il ildə isə bankın əməliyyatçı-kassiri olub.

Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayından 2023-cü ilin iyun ayınadək olan müddətdə filialın Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən inzibati binasında olan xidməti otağındakı kompüter vasitəsilə öz şifrə və parolundan istifadə etməklə informasiya resursu olan “Sfera proqram” təminatına daxil olub. O, həmin proqram vasitəsi ilə bir neçə müştərinin depozit müqaviləsini xitam edərək, onların ümumilikdə 158 969 manat pulunu mənimsəyib.

Rail Məmmədov ələ keçirdiyi pul vəsaitlərini “Tik-Tok” sosial şəbəkəsində oyunlara xərcləyib.

O, məhkəmədə ifadəsində deyib ki, 2023-cü ilin yanvar-may ayları ərzində yuxarıda qeyd edilən formada ayrı-ayrı müştərilərin bankda olan depozit müqavilələrini xitam edərək depozit hesabdakı pul vəsaitini öz hesabına köçürüb “Tik-Tok”da hədiyyələr alıb. Müştərilərin depozit müqavilələri xitam edildikdən sonra, cari hesabdakı pulun hamısını məxaric etməyib, bir hissəsini saxlayıb və aylıq ödəniş məbləğində həmin şəxslərin kart hesablarına göndərib ki, şübhələnməsinlər. Rail pul köçürüb hədiyyələr aldıqdan sonra köçürdüyü pul vəsaitini geri qaytarmaq istəsə də, buna nail ola bilməyib. Buna səbəb onun həmin hədiyyələri platformanın elektron mağazasından deyil, saytından aldığı üçün hədiyyələrə xərclədiyi pulu geri qaytarmaq mümkün olmayıb. O, belə bir qaydanın olduğunu əvvəlcədən bilmədiyini söyləyib və bu səbəbdən də, aldığı hədiyyələri qaytarmaq mümkün olmayıb. Daha sonra bankın monitorinq xidməti tərəfindən aparılan yoxlama zamanı qeyd edilən faktlar aşkarlanıb və bu səbəbdən də işdən çıxarılıb.

Xəbər 1290 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +