İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.08.2022  11:32 

“Demanlı Gündüz“ avtomatla tutuldu





A+  A-

Şirvanda qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərə qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Novruzov saxlanılıb.

XəzərNews.az DİN Mətbuat xidmətinin Şirvan regional qrupuna istinadən xəbər verir ki, həmin şəxsə məxsus “Porsche Cayenne” markalı avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən 1 ədəd avtomat, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb.

G.Novruzov izahatında silah və sursatı bir müddət əvvəl şəhər ərazisindən tapdığını və qanunsuz olaraq saxladığını bildirib.

Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Saxlanılan Gündüz Novruzov kriminal aləmə yaxın biri olub. O, kriminal aləmdə Demanlı Gündüz kimi tanınıb.
G.Növruzov əvvəllər mütəşəkkil dəstənin tərkibində İran vətəndaşını öldürməkdə təqsirli bilinərək həbs həyatı yaşayıb.
Həbsdən çıxdıqdan sonra isə yaşadığı şəhərə "nəzarət" edirmiş.

Xəbər 4263 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +