İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.06.2022  11:10 

“Nar”ın dəstəyi ilə bulvarda konsert olacaq





A+  A-

“Nar” Avropa çempionatının qalibi olan minifutbol üzrə milli komandamızı möhtəşəm uğuru münasibətilə təbrik edir.

XəzərNews.az xəbər verir ki, qələbəni qeyd etmək üçün “Nar”ın dəstəyi ilə iyunun 15-də Bakı bulvarında milli komandanın da iştirakı ilə konsert proqramı baş tutacaq.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Minifutbol Federasiyası, “Azfar Group” və “Zirə” Peşəkar Futbol Klubu təşkilatçılığı ilə baş tutacaq tədbirdə kubokun xüsusi avtobusla tamaşaçılara təqdim olunması gözlənilir.

Qeyd edək ki, iyunun 11-də minifutbol üzrə Azərbaycanın yığma komandası Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu adını qazanıb.

Ölkədə gənclər arasında idmanın təbliğinə hər zaman xüsusi diqqət ayıran “Nar” milli komandamıza bundan sonrakı fəaliyyətində də uğurlar arzu edir.

Xəbər 1044 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +