İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.06.2022  09:06 

Generalın 7 milyon 700 minlik əmlakına həbs qoyulub





A+  A-

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, indi həbsdə olan general Mövlam Şıxəliyevin özünün və ailə üzvlərinin Bakının mərkəzində təkcə bir binada beş mənzili var. Söhbət metronun "Sahil" stansiyasının üstündə yerləşən çoxmərtəbəli binadan gedir.

XəzərNews.az xəbər verir ki, AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, sözügedən binanın 10, 39, 40, 72-ci və daha bir mənzili MTN generalının qızı Samirə Əliyevanın, oğlu Elgün Şıxəliyevin və başqa qohumlarının adına rəsmiləşdirilib.

"Bu mənzillər arasında sahəsi 198 və ya 167 kvadratmetr olanı da var. İkisi 137 kvadratmetrlikdir. Sahəsindən asılı olaraq, mənzillərin qiyməti 650-800 min manat arasındadır", - məlumatlı mənbə belə bildirib.

Şıxəliyevin Fəvvarələr Meydanında – Nizami küçəsi-78-də yarım milyon manatdan çox dəyəri olan obyekti və elə həmin yerdə evinin olduğu bildirilir: "Bundan başqa, Dövlət Opera və Balet Teatrının yanında yarım milyonluq bir mənzili, Mahnı Teatrının civarında oğlunun adına təxminən 400 min manat qiyməti olan daha bir mənzili var. Bunlar da hamısı deyil. Novxanıda 1.5 milyon dəyəri olan bağ evi, torpaq sahələri, metronun "Nərimanov" stansiyasının yaxınlığında 400 kvadratmetrlik mənzili, "8-ci kilometr"də qiyməti 1 milyonu aşan obyekti var. Hələ bögələrdəki əmlakları, Bakıda nisbətən ucuz qiyməti olan evləri bura daxil deyil".

MTN işi üzrə prosesə qatılan vəkillərdən biri adının çəkilməməsi şərtilə bildirib ki, Şıxəliyevin işini araşdıran prokurorluq da bu əmlaklardan xəbərdardır. Onun sözlərinə görə, generalın toplam 7 milyon 700 minlik əmlakının üzərinə məhkəmə qərarıyla həbs qoyulub. Onların arasında sadalanan ev və obyektlər də var.

Xəbər 1156 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +