İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.12.2021  22:36 

Polis şöbəsinə dirisi girdi, ölüsü çıxdı - Döyüldüyü iddia olunur





A+  A-

Bakıda əməliyyat nəticəsində saxlanılıb polis şöbəsinə aparılan şəxs orada vəfat edib.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi Rayon 4-cü Polis Şöbəsində qeydə alınıb. Polis əməkdaşları tərəfindən saxlanılaraq bölmənin inzibati binasına gətirilən 1980-ci il təvəllüdlü Məmmədov Gəncəvi Cahangir oğlu orada vəfat edib. Yaxınları onun Şöbədə döyüldüyünü, daha sonra öldüyünü iddia ediblər.

Onların sözlərinə görə, G.Məmmədov dekabrın 20-də axşam saatlarında saxlanılıb. Dekabrın 21-də isə onun meyitinin morqda olması barədə yaxınlarına məlumat verilib. Ailə üzvləri dəfn zamanı meyitin üzərində xəsarətlər gördüklərini deyirlər.

Daxili İşlər Nazirliyinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, Gəncəvi Məmmədov narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluqda şübhəli bilindiyi üçün saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə gətirilib: “Şöbəyə çatan zaman o, ürəyində ağrılarının olması barədə polisə məlumat verib. Dərhal bu barədə təcili tibbi yardıma məlumat verilib. Təcili tibbi yardım gələnə kimi isə həmin şəxsə polis əməkdaşları ilkin yardım göstəriblər.

Amma edilən cəhdlərə baxmayaraq, Gəncəvi Məmmədov Şöbənin dəhlizində dünyasını dəyişib. İlkin müayinələr zamanı onun ürək çatışmazlığından dünyasını dəyişdiyi məlum olub. Polis şöbəsində həmin şəxsə xəsarət yetirildiyi və ya fiziki zor tətbiq edildiyi barədə səslənən iddialar tamamilə əsassız və yalan informasiyalardır. Həmin şəxs saxlanılandan sonra şöbədə xidməti otağa və ya müvəqqəti saxlama yerinə aparılmayıb, dəhlizdə olarkən ürək ağrılarından şikayət etməyə başlayıb”.

Ailə üzvləri isə G.Məmmədovun hər hansı xəstəliyi və səhhətində narahatlığı olmadığını, əvvəllər məhkum edilmədiyini və narkotik vasitələrdən istifadə etmədiyini iddia edirlər.

Xəbər 1323 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +