İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.10.2021  11:21 

“Metro City”-də yanğın həyəcanı, sahibkarlar mal hayında, FHN-dən açıqlama





A+  A-

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonunda yerləşən “Metro City” ticarət mərkəzində yanğın olub.

Sahibkarların verdiyi ilkin məlumata görə, ticarət mərkəzində 30-dan çox mağaza fəaliyyət göstərib. Sahibkar deyir ki, hər mağazada ən azı 50-60 min manatlıq malları olub.

Hazırda mağaza sahibləri yerdə qalan mallarını mühafizə etmək məqsədilə obyektlərdən çıxarırlar.

***



Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində baş verən yanğın haqda daha bir məlumat yayıb.

Məlumatda deyilir: “Saat 08:52-də daxil olan zəngdən cəmi 4 dəqiqə sonra - saat 08:56-da FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyeklərində yanğın baş verib.

Yanğının genişlənməsinin qarşısının alınaraq söndürülməsi və yaxınlıqdakı tikililərə keçməməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək”.

***


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov bildirib ki, Nərimanov rayonunda bir neçə ticarət obyektində baş verən yanğın 300 kv ərazini əhatə edib: "Yanğının söndürülməsinə 21 yanğın avtomobili və 105 nəfər şəxsi heyət cəlb olunub".

Ə. Novruzov həmçinin qeyd edib ki, yanğının baş vermə səbəbləri araşdırılır.

***


Yanğınsöndürmə qüvvələrinin fəaliyyəti sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq saat 10:24-də söndürülüb. İlkin hesablamalara əsasən, təqribən 300 kv.m sahədə müxtəlif təyinatlı ticarət obyektləri yanıb. Bitişik ictimai-iaşə, o cümlədən ticarət obyektləri və yaşayış binaları yanğından mühafizə olunub. /“Qafqazinfo”/

XezerNews

Xəbər 1268 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +