İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


24.08.2021  14:32 

Atışmaların ardınca sülhməramlılar reydlərə başladı





A+  A-

Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərindəki erməni silahlı qruplarının Azərbaycan ordusunun Şuşa, Ağdam, Xocavənd istiqamətindəki mövqelərini son günlər tez-tez atəşə tutmasının ardınca sülhməramlılar reydlərə başlayıblar.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu reydlərin mobil patrul qrupları tərəfindən “Dağlıq Qarabağdakı hazırkı təmas xətti boyu” həyata keçirildiyini bildirir.

Qeyd olunur ki, ötən gün patrul qrupları BTR-82A zirehli transportyorlarında və yolsuzluq şəraitində hərəkət edə bilən “Ural” avtomobillərində ümumi istifadədə olan yollardan, eləcə də çətin keçilən qrunt yollardan istifadə edərək Rusiya sülhməramlılarının nəzarətindəki zonanın ucqar rayonlarını gəziblər.

“Gündəlik olaraq mobil patrul qruplarının qarşısına təmas xətti boyu Rusiya sülhməramlı kontingentinin iştirakını nümayiş etdirmək, habelə atəşkəs rejiminə əməl edilməsinə nəzarət etmək üçün yerdəyişmə həyata keçirmək vəzifəsi qoyulub”,-sülhməramlıların nümayəndəsi Aleksandr İsakov bildirib.

Onun sözlərinə görə, reydlər zamanı hava müşahidəsi həyata keçirilir, yerli sakinlərlə vəziyyətin necə dəyişdiyi barədə söhbətlər aparılır. Sülhməramlıların patrulu hər gün Ağdərə, Xocavənd və Laçın dəhlizi boyu patrul vəzifələrini yerinə yetirirlər.

Xəbər 2570 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +