İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.05.2021  19:17 

Xəstəlikdən vəfat edən nazirlər...





A+  A-

Aprelin 30-da ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunduğu xəstəxanada vəfat edən gənclər və idman naziri Azad Rəhimov bu gün II Fəxri Xiyabanda torpağa tapşırıldı.
Azad Rəhimov indiyədək Azərbaycanda vəzifə başında dünyasını dəyişən üçüncü nazirdir.

Belə ki, Azərbaycanın sabiq energetika naziri Natiq Əliyevlə, keçmiş müdafiə sənayesi naziri Yavər Camalov da vəfat edərkən vəzifədə olublar.

Mərhum məmurların vəzifələri ilə yanaşı, taleləri də oxşar olub. Məsələ burasındadır ki, hər üç nazirin vəfat səbəbi üzləşdikləri ağır xəstəlik olub. Adıçəkilən nazirlərin üçü də müalicə üçün məhz xarici ölkələrə üz tutub.

İlk olaraq, 2017-ci ilin iyunun 3-də Natiq Əliyev Bakıda ürək tutmasından sonra müalicə üçün Türkiyəyə aparılmışdı. Qardaş ölkədə “Florence Nightingale” klinikasına yerləşdirilən N.Əliyev 6 gün sonra beyin insultu keçirmiş və dünyasını dəyişmişdi.

2005-2013-cü illərdə sənaye və energetika naziri, 22 oktyabr 2013-cü ildənn isə energetika naziri olan işləyən Natiq Əliyev də, Azad Rəhimov kimi II Fəxri Xiyabanda dəfn olunub.

Natiq Əliyevin vəfatından bir il sonra isə Yavər Camalov müdafiə sənayesi naziri olarkən dünyasını dəyişib. Azad Rəhimov kimi 2006-cı ildə nazir təyin olunan Yavər Camalovun da ölümünə uzun sürən ağır xəstəlik səbəb olub. O da müalicə üçün xaricə - bir neçə dəfə İsrailə getmişdi. 2018-ci ilin iyunun 23-də vəfat edən Y.Camalov Şüvəlan qəsəbə qəbiristanlığında, 2017-ci ildə Türkiyədə özəl xəstəxanaların birində üzləşdiyi xəstəlik səbəbindən vəfat edən 44 yaşlı oğlu Rövşən Camalovun yanında dəfn olunub.

Mərhum nazirlərin digər oxşar talelərindən biri də övladları ilə bağlıdır. Belə ki, nə Azad Rəhimovun, nə Natiq Əliyevin, nə də Yavər Camalovun qız övladı var. Azad Rəhimovun Arif Rəhimov, Natiq Əliyevin Fərhad Əliyev adında bir oğlu, Yavər Camalovun isə vəfat edən oğlu Rövşəndən başqa, iki oğlu var. Bunlar Elşən və Rəşad Camalovlardır. (Qafqazinfo.az)

Xəbər 1753 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +