İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.04.2021  11:09 

BMT Baş katibi dünya əhalisinə müraciət etdi





A+  A-

COVID-19 böhranı cəmiyyətlərimizin nə qədər qeyri-bərabər olduğunu göstərdi. Yoxsulluq, əlverişsiz iş və həyat şəraiti, ayrıseçkilik və sosial təcridin olduğu ölkələrdə COVID-19-a yoluxma halları, habelə bu xəstəliyə görə həyatını itirənlərin sayı digər ölkələrə nisbətən daha çoxdur.
XəzərNews.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş Ümumdünya Sağlamlıq Günü münasibətilə müraciətində bildirib.

Baş katibin sözlərinə görə, dünyada peyvəndlərin əksəriyyəti bir neçə zəngin və ya bu peyvəndləri istehsal edən ölkələr üçün ayrılıb:

“COVAX təşəbbüsü sayəsində daha çox ölkə peyvənd əldə etməyə başlayıb. Lakin aşağı və orta gəlirli ölkələr hələ də gözləmək məcburiyyətində qalıb.

Bu cür bərabərsizlik heç bir mənəvi dəyərə sığmır və sağlamlığımız, iqtisadiyyatlarımız və cəmiyyətlərimiz üçün təhlükəlidir. COVID-19 pandemiyasından bərpa olunduğumuz bir dövrdə səhiyyə imkanlarından hamının bərabər şəkildə faydalanması üçün müvafiq siyasət yürütməli və lazımi resurslar ayırmalıyıq. Bu, 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq deməkdir.

Bu həmçinin hər kəsin hər yerdə universal tibbi təminatdan faydalana bilməsi deməkdir.

Gəlin, bu Ümumdünya Sağlamlıq Günündə sağlam və bərabər dünya üçün birlikdə çalışmaq öhdəliyini üzərimizə götürək”.

Xəbər 1215 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +