İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.11.2020  14:12 

Fransa Türkiyəyə qarşı sanksiya tətbiqinə çalışır





A+  A-

“Röyters” xəbər agentliyi Fransa, Yunanıstan və Cənubi Kiprin Türkiyə iqtisadiyyatını hədəf alan sərt sanksiyaların tətbiqi barədə məqalə dərc edib.
XəzərNews.az-ın məlumatına görə, xəbərdə qeyd olunub ki, Fransa Şərqi Aralıq dənizi böhranı ilə bağlı Avropa İttifaqına (Aİ) təzyiq göstərir. Bildirilib ki, sanksiyaların irəli sürülməsinə baxmayaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan geri addım atmır.

Vurğulanıb ki, Avropa Parlamenti (AP) və Aİ Türkiyəyə qarşı sanksiya tətbiq edilməsini tələb edən bir qərar imzalayıb. Avropa Parlamenti 631 lehinə, 3 əleyhinə və 59 bitərəf səslə Kipri dəstəkləyən qanunu qəbul edib.

Məqalədə Cənubi Kiprin Aİ liderlərinə daha əvvəl Türkiyəyə qarşı sanksiyalar tətbiq olunması barədə addımlar atılması təklifi irəli sürdüyü bildirilib.

Qeyd olunub ki, Avropa Parlamenti Ərdoğanın bu ay Şimali Kipr ziyarətindən sonra belə bir qərara gəlib.

Həmçinin xəbərdə yazılıb ki, AP Türkiyənin Aralıq dənizində təbii qaz axtarışında olduğu qənaətinə gəlib və rəsmi Ankara iddiaları rədd edir.



Xəbər 1324 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +