İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.11.2020  12:19 

Ermənistanda 10 müxalifət lideri saxlanılıb





A+  A-

Ötən gün Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət lideri saxlanılıb.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, müxalifətçilər hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilir.

Saxlanılan şəxslərin siyahısını təqdim edfirik:

- Gaqik Tsarukyan (“Çiçəklənən Ermənistan” partiyası), ER Cinayət Məcəlləsinin 225.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,

- Qarnik İsaqulyan (“Milli Təhlükəsizlik” partiyası, ER Cinayət Məcəlləsinin 307.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,

- Suren Surenyants (Politoloq), ER Cinayət Məcəlləsinin 225.1-ci maddəsinin 1-ci hissəsinə, 307.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,

- Qeqam Manukyan (“Daşnaksütyun”), ER Cinayət Məcəlləsinin 225.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,

- David Ambardzumyan (“Respublikaçılar” partiyası), ER Cinayət Məcəlləsinin 225.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,

- Ara Saakyan (parlamentin keçmiş vitse-spikeri), RA Cinayət Məcəlləsinin 225.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,

- Arthur Vanetsyan, (“Vətən” partiyası) RA Cinayət Məcəlləsinin 1-ci hissəsinin 225.1-ci maddəsinə, 307.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,

- Eduard Şarmazanov (“Respublikaçılar” partiyası), RA Cinayət Məcəlləsinin 225.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,

- Artur Qazinyan (“Vahid Ermənistan” partiyası), RA Cinayət Məcəlləsinin 307.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,

- İşxan Saqatelyan (“Daşnaksütyun”), Cinayət Məcəlləsinin 307.1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə şübhəli bilinir.

- Vaaqn Çaxalyan və Hraçya Qukasyana qarşı qabaqlayıcı tədbir olaraq ölkədən çıxmamaq barədə bir qərar qəbul edilib. Onların hansı partiya və ya təşkilata mənsub olmalarına dair məlumat verilməyib.

Cinayət işinin ilkin istintaqı davam edir.

Xəbər 1889 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +