İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.10.2020  10:54 

DTX müraciət yaydı





A+  A-

“Həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törədir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat yayıb. Sözügedən məlumatı təqdim edirik:

“2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin televiziya ilə xalqa müraciətlərində və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə düşməndən azad edilmiş şəhər və kəndlərimiz, ələ keçirilmiş döyüş mövqeləri, hərbi texnika və silah-sursatlar barədə vətəndaşlarımıza mütəmadi məlumatlar verilir. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və ön xətdəki yerdəyişmələr barədə Müdafiə Nazirliyi tərəfindən gün ərzində bir neçə dəfə əhali rəsmən məlumatlandırılır.

Bütün bunlara baxmayaraq, ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycan Ordusunun bəzi yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törətməklə qələbənin asanlıqla qazanılması kimi cəmiyyətdə yanlış təsəvvürlərin və arxayınçılığın formalaşmasına zəmin yaradır. Vətəndaşlarımızın qələbə əhvali-ruhiyyəsinin yüksək olmasını, ərazilərimizin tez bir zamanda düşməndən azad edilməsi kimi müqəddəs arzularını anlayışla qarşılayaraq, onlardan yalnız rəsmi məlumatlara istinad etmələri, dəqiqləşdirilməmiş məlumatları yaymamaları xahiş olunur.

Unutmayaq ki, biz məkrli düşmənlə üz-üzəyik, döyüş əməliyyatları barədə xoş məramla işlədilmiş qeyri-dəqiq məlumatlar da erməni tərəfinin mənafeyinə xidmət edə bilər”.

Xəbər 1234 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +