İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


25.02.2019  19:06 

Artırılmış müavinətlər 1 apreldən veriləcək





A+  A-

“Fevral ayında imzalanmış sərəncamlar nəticəsində 1 milyon 500 minədək vətəndaşımızın sosial rifahı yaxşılaşdırılıb”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin bu gün müavinətlərin artırılması ilə əlaqədar verdiyi sərəncamdan sonra keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, artırılmış sosial müavinətlər 1 apreldən etibarən vətəndaşlara veriləcək: “Bir illik ayrılacaq əlavə maliyyə dəyəri 400 milyon manat dəyərindədir. 10-20% deyil, 100%-dən yuxarı artımlardan söhbət gedir.

Birinci qrup əlillərin gəlirləri artıq 300-400 manata çatdırılıb ki, bu da onların aylıq yaşayışında öz müsbət təsirini göstərəcək. Bu, inqilabi sərəncamdır. Biz də öhdəmizə düşən texniki hissəni yekunlaşdırıb təqdim edəcəyik”.

Nazir əlavə edib ki, bu, ilk mərhələdir, il ərzində təkmilləşdirmə işləri aparılacaq.

Xəbər 1022 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +